Hər şey yadımdadı, bir az qaçaraq...
* * *
Hər şey yadımdadı, bir az qaçaraq —
məktəb illərinin şuluq dəstəsi,
bir mayçün çəkilən bulanıq araq,
tənəkə tuluqdan içmək həvəsim.
Yadımdadı bizə dəyən təpiklər
pezilik üstündə, nümayişçilər,
musiqi, al rəngli bantlar, çəpiklər...
Eh, vaxtlar var idi, yaşayan bilər.
Üzlərdə təbəssüm, o xoşluq hanı,
közərən papiros, yaralı əlim?...
Sverdlovsk meydanında uzanıb hamı,
nə vaxtsa duracaq burda heykəlim.
Hər şey yadımdadı, bir az qaçaraq —
məktəb illərinin şuluq dəstəsi,
bir mayçün çəkilən bulanıq araq,
tənəkə tuluqdan içmək həvəsim.
Yadımdadı bizə dəyən təpiklər
pezilik üstündə, nümayişçilər,
musiqi, al rəngli bantlar, çəpiklər...
Eh, vaxtlar var idi, yaşayan bilər.
Üzlərdə təbəssüm, o xoşluq hanı,
közərən papiros, yaralı əlim?...
Sverdlovsk meydanında uzanıb hamı,
nə vaxtsa duracaq burda heykəlim.





