İstədim atamdan yazım...

* * *

Katya Kapoviçə

İstədim atamdan yazım,
Sonra qorxdum mən o axşam.
Kilidlənib indi ağzım,
Quzu kimi bax susmuşam.

 Yaddasımda bircə şey var,
söyləsəm, bəs edər indi:
nə sentiment, nə sığallar,
nə də xizəklə gəzinti.

 Nə anama kətilatma,
nə “Dixlofos” pivə barı.
Nə də satıb içdiyi o
uşaqlıq oyuncaqlarım.

 Var atama bir sağolum:
Brejnevli lətifəyə
ifasını “Pink Floydu”n
dəyişmədim o məclisdə.

 “Wish You Were Here” səslənirdi,
bəlkə, o uşaq yanılır.
Yaddaş əvvəldən xaindi,
amma hər şey bağışlanır.