Odisseyin nəğməsi
Həyat yoldaşım Nataşa Romarçuka
Mənim gəmim sahilə yan alan zaman
nəğməm də sahilə çıxacaq,
əvvəl təkcə dəniz dinləyərdi onu,
rəqibi təkcə siren səsləri idi.
İndi bu nəğmədə yalnız nəm saitlər eşidiləcək,
səyyah dilinin liman dilinə
solğun tərcüməsində onlar belə səslənəcək:
“Səni dəniz qağayılarının boğuq səsləriylə sevirəm,
Prometeyin ciyərlərinin iyinə uçub gələn qartalın qarıltısıyla,
dəniz tısbağasının minillik sükutu ilə,
köpək balığının haraya çevrilmək istəyən ciyiltisiylə,
səkkizayaqlı ilbizin bütün dəniz canlılarını
qorxudan buynuzlarının hərəkətiylə sevirəm.
Səni bütün çaylar, Amazon və Missisipinin bütün qolları ilə birgə,
dənizdən çıxan bütün bədənimlə,
özünü dəniz hesab edən bütün səhralarla sevirəm.
Eşidirsən, mənim qurumuş boğazıma onların qumu tökülür.
Mən səni bütün ürəyimlə, ciyərlərimlə və göz bəbəyimlə sevirəm,
yerin təki və ulduzlu göylə sevirəm,
şəlalənin tökülməsi və feillərin uzlaşması ilə sevirəm.
Mən səni hunların Avropaya hücumu,
yüzillik müharibə və monqol-tatar istilası,
Spartak üsyanı və xalqların böyük köçü,
İsgəndəriyyə sütünu və Piza qülləsi ilə,
Holfstrimin Şimal qütbündə yanmaq həvəsi ilə sevirəm.
Mən səni ağırlıq qüvvəsinin hərfiylə
və edam cəzasının
daim məğlub olub, sənin dibsiz Bermud üçbucağına
enərək aldığım ölüm cəzasının hökmüylə sevirəm...”