Bir azca mehriban ol, düşüb ayaqlarına, necə büzüşmüşəm mən...
* * *
Bir azca mehriban ol, düşüb ayaqlarına, necə büzüşmüşəm mən,
elə bil ki, anamın bətnindəyəm, hələ də dilim tutmur söz deyəm.
Mən sənin qucağında bapbalaca uşağam, açma qanadlarını,
hələ isinməmişəm, amandı yıxılaram, qoy bir azca qızınım.
Onurğam bərkiməyib, mən hələ üzgəcləri çıxmamış bir balığam,
qoy bir özümə gəlim, qoy bir az da böyüyüm, atma məni, yazığam.
Əllərim də yer tutmur, sürüşürəm dalğanın elə hey o üzünə,
o yanda qaranlıq var, ora qatı zülmətdi, heç nə dəymir gözümə.
Atma, tərk etmə məni, məni hamıdan ayır, gün işığına çıxar,
üzümə baxıb anla, milyon illərdən sonra gör bizimlə nə olar.
Məndən öyrən. Cüllütəm, yumru-yumşaq yerəm mən,
mən xəbərlər toplusu, korçün ən yaxşı mətnəm.
Bir balıqqulağı tap, sinəmə qoy, eşit ki, necə tüğyan eləyir
dənizlər, materiklər, ağlımdan nələr keçir, nələr cövlan eləyir.
Bütün isti ölkələr, səsli-küylü bazarlar, sözlərin hənirtisi,
bütün cırcıramalar, vızıltı, zəncir, qolbaq və qandal cingiltisi.
Mən parçayam, nə ucum, nə bucağım bilinir, istədiyin yeri seç,
məndən sonra kim gəlsə, sənin qulun olmağa, götür bu ülgüylə biç.
Sevirəm mən onları — axı bir gün onlara sənin ətrin hopacaq,
onlardan zəhləm gedir, elə bil ki, dərimə sınmış şüşə batacaq.
De ki, mən bala quşam, hələ bərkiməmişəm, məni atmazsan çölə,
de ki, hamıdan uzaq, yad bir çay sahilində yaşayarıq səninlə.
Suyun dərinliyinə baş vurarıq, çıxarıq sonra həmin sulardan.
Hamıya lal olarıq elə balıqlar kimi qaçıb yırtıcılardan.