Altı saylı palatada keçərsə ömrün...
* * *
Altı saylı palatada keçərsə ömrün,
saflığından sən öyünüb xəstə halınla
arxasınca düşməsən də hər səfeh sözün,
gərəkdi bir düşünəsən tövbə haqqında.
Şeirlər də heç cür artıq yazılmır indi,
baş da vermir hadisətək, tutursan qəfil
elə bil ki, radioda bir uzaq səsi —
gecəyarı eşidilir bayquş nəğməsi.
Nə gərək var, elə sən də eyninə alma,
getdikcə bu qatılaşan zülməti, tozu,
gündən-günə nuru itən gələcək nəsli,
və havada uçuşan bu sklerozu.
Altı saylı palatada keçərsə ömrün,
saflığından sən öyünüb xəstə halınla
arxasınca düşməsən də hər səfeh sözün,
gərəkdi bir düşünəsən tövbə haqqında.
Şeirlər də heç cür artıq yazılmır indi,
baş da vermir hadisətək, tutursan qəfil
elə bil ki, radioda bir uzaq səsi —
gecəyarı eşidilir bayquş nəğməsi.
Nə gərək var, elə sən də eyninə alma,
getdikcə bu qatılaşan zülməti, tozu,
gündən-günə nuru itən gələcək nəsli,
və havada uçuşan bu sklerozu.





