Yaman üzücü şeydi — təzədən nağıl etmək...
* * *
Yaman üzücü şeydi — təzədən nağıl etmək.
Boş söhbətdi. Özü də kəsibdi qış qapını.
Az qalıb, ikicə gün, bəyaz pərdə enəcək
Tanış-bilişin üstə, ağacların, damların.
Yaman kədərli şeydi — toy olan qəsəbədə
Rastlaşasan o qızla — barmağında yad üzük.
Öz evini yıxasan saxta qürurla qəsdən,
Oymalı artırmada əlindən sürüşə yük.
Yaman təsirli şeydi — yanaqdakı qızartı,
Qürubdakı qırmızı — qəzəbdən və həyayla.
Əlüstü sahmanlanan otaqdakı beş-altı
Unudulmuş əşyaya bir yer də tapılmaya.