Sönmüş bədəndi — hündürdə qaralır...
* * *
Sönmüş bədəndi — hündürdə qaralır,
şiddətli tufanda gündüzü tor alır,
divan tutanlar dağılmır, tələsmir,
heç hara, heç yana ayrılıb getmir.
İşini şəfqətlə bitirsin deyə
birisi nizəni sancır sinəyə,
niyəsə o rahat ölsün istəyir,
şəxsi səbəbi var yəqin, kim bilir.
Qanlı su püskürür bədəndən bir də,
qızarır əsgərin üzü, dəbilqə.
Nizəyə ram olur təkrar, yenidən
ruhunu çoxdan tapşırmış o bədən —
— hamı batıbdı hüdudsuz qəmə —
halbuki az əvvəl İkinci Məryəmə,
Pyotra, bir də ki, kənarda dayanan
oğlana anasın tapşırdı çarmıxdan.
Dünən müəllimlik etdiyi məhlədən
Nikodim yuyat suyunu gətirir,
bükürlər kətandan kəfənə nəşini,
tabuta gözətçi qoyurlar birini.
Əsanı çobanlar alıb götürür,
boğçaya yığılır Pasxa yeməyi.
Enir yaxında həminki təpəyə
onun mübarək, əziz mələyi.
Bu dərdli gündə Pyotr düşünür
sübhdən məbədə getməkdə nə fayda.
Qardaşı Andreylə vətəgəyə dönür,
itkilər, xərclər çoxdur qarşıda.
Od yanır hələ də, Məryəm udqunur.
Qaranlıq divara zillənib durur.
Hələ də inanmır “Üç günün vədi”nə
çarmıxın özü də, ölümün özü də.
Sönmüş bədəndi — hündürdə qaralır,
şiddətli tufanda gündüzü tor alır,
divan tutanlar dağılmır, tələsmir,
heç hara, heç yana ayrılıb getmir.
İşini şəfqətlə bitirsin deyə
birisi nizəni sancır sinəyə,
niyəsə o rahat ölsün istəyir,
şəxsi səbəbi var yəqin, kim bilir.
Qanlı su püskürür bədəndən bir də,
qızarır əsgərin üzü, dəbilqə.
Nizəyə ram olur təkrar, yenidən
ruhunu çoxdan tapşırmış o bədən —
— hamı batıbdı hüdudsuz qəmə —
halbuki az əvvəl İkinci Məryəmə,
Pyotra, bir də ki, kənarda dayanan
oğlana anasın tapşırdı çarmıxdan.
Dünən müəllimlik etdiyi məhlədən
Nikodim yuyat suyunu gətirir,
bükürlər kətandan kəfənə nəşini,
tabuta gözətçi qoyurlar birini.
Əsanı çobanlar alıb götürür,
boğçaya yığılır Pasxa yeməyi.
Enir yaxında həminki təpəyə
onun mübarək, əziz mələyi.
Bu dərdli gündə Pyotr düşünür
sübhdən məbədə getməkdə nə fayda.
Qardaşı Andreylə vətəgəyə dönür,
itkilər, xərclər çoxdur qarşıda.
Od yanır hələ də, Məryəm udqunur.
Qaranlıq divara zillənib durur.
Hələ də inanmır “Üç günün vədi”nə
çarmıxın özü də, ölümün özü də.



