Şimalda kim yaşayırsa, o bilməz...

* * *

Şimalda kim yaşayırsa, o bilməz
Lirik növün saflığını, gücünü.
Yaraşıqlı, yaşlı, gursaqqal adam
Gen geyinib, dik tutubdu özünü.
Arxasında, qırmızı dikdabanda
Rəqs eləyir gözəl xanım, şənlənir,
Skripka, akkordeon dillənir.

Bəs cənubda yaşayanlar nə bilir
Xəz dərili papaq necə iylənir?
Görüşəndə şimallı rəfiqələr,
Yanaqları buz kəsibdi, bilinər.
Spirt qoxar insanların nəfəsi,
Qar saxlamaz, o sısqa budaqların
Bitər gücü, şax dayanmaq həvəsi.

O eşqdi ki, o yeganə şeydi ki,
Bir-iki söz yetməz tərif edəsən,
İntuitiv tərəfini, sirrini
Üçüncü bir şəxsə açıb deyəsən.

O sirlərə bələd köhnə cəngavər,
Seyrə dalıb yellənən kresloda.
Barmaqları boynunun arxasında
Gözü yolda, açıq qalıb pəncərə,
Külək coşur güc alıb yarpaqlardan...