Təşnə qəlsəmələr
Gecə saat ikidə çıxdıq.
Dəniz soyuq idi. Amma güc, enerji, vəhşi iradə hətta yuxarıdan, qayalardan da hiss olunurdu.
Quru adamı böyük suyu uzaqdan hiss edir. Küçə ilə gedir və birdən ürəyinə damır ki, bu tini dönəndən sonra açıqlıq olacaq və duzlu külək üzünə vuracaq.
Sahilə doğru üzüaşağı, səliqəli daş döşənmiş dolama, dik cığır uzanırdı. Lazım olan yerlərdə — məhəccərlər, lazım olan yerlərdə pillələr vardı. Bərabər aralıqlarla düzülmüş fənərlər bizi xüsusilə sevindirdi: qaranlıqda burada Semyonla gəzintiyə çıxandan üç dəqiqə sonra hökmən boynumuzu qırardıq.
İtaliyanın cənubunda gözəl, duzlu və yağlı bir gecə idi — bıçaqla götür, yax çörəyin üzərinə. Təbii ki, bacarırsansa.
Yaxınlaşdıqca dəniz yavaş-yavaş aralandı, dekorativ olmaqdan çıxdı. Qeyri-müəyyən səs-küy ayrı-ayrı səslərə çevrildi: dalğaları diyirlətdi, zərbələr vurub köpükləndi, xışıldadı və geri çəkildi.
Sonuncu döngədə dayanıb dedim:
— Baxsana. Odur, yoxsa o deyil?
— Oxşayır, — Semyon cavab verdi. — Gözəl ətri var. Əsl dəniz qoxuyur.
— Aralıq dənizi, — dəqiqləşdirdim.
— Yeni qoxudur, — Semyon dedi. — Tamamilə fərqlidir. Qara dənizin qoxusunu bilirəm. Xəzərin də. Baltik dənizini də iyləmişəm. Şimal dənizi qoxusu gəlirdi. Aral dənizini də... Aralıq dənizini iyləməmişdim.
Sahil hər ikincisi avtomobil boyda olan daş yığınından ibarət idi. Ancaq zəhmətkeş əllər buradakı kobud, qabırğalı qayalar arasından da keçid oymuşdu. Qətiyyətlə addımlayaraq son metrləri qət etdim, növbəti dalğa ayaqqabılarımı isladanda qayanın arxasına keçib ucadan və qayğısızcasına güldüm.
Hər şey həqiqi idi. Kapri adası, gecə, fevral, Moskvada mənfi iyirmi beş, amma burada indi şalvarımı çıxarıb suya tuallanacaq və üzəcəyəm.
— Budur, — Semyona səsləndim. — Bu odur. Aralıq dənizi. İylə, qardaş!
Semyon artıq soyunmuşdu.
— Amma mən, — o cavab verdi, — Qara dənizi o biri tərəfdən iyləmişəm. Türkiyə tərəfdən. Gecələr Türkiyədən Novorossiyskə velbotla qaçaqmalı aparanda...
— Romantika, — dedim.
— Hə, — Semyon qaşqabağını sallayıb dedi. — Demə.
O, yanımdan keçdi, artıq çılpaq idi. Yengəc kimi daşların arasıyla sürünərək, dirsəkləndi və köhnə MXAT* məktəbi üslubunda tələsmədən oxudu:
“Balıqlarla ulduzların arasıyla üzən qayıqda, Aparır Odessaya üç yunan qaçaqmalı”.
O, bir qədər yöndəmsiz irəliləsə də, bir> dənə də artıq hərəkət etmirdi. Lazımsız hərəkətləri çoxdan tərgitmişdi: həm gecələr çiməndə, həm də ümumiyyətlə.
Nəhəng dişə bənzəyən qayanın kənarında oturub dedi:
— Hər yer daş-kəsəkdir!
— Möhkəm dayan, — dedim. — Dalğa gəlib boynunu qıracaq.
— Artıq gəlir, — Semyon dedi və dalğa onu altına aldı. Köpüklü şananın yaxınlaşdığı son anda Semyon ya sevincdən, ya da qorxudan boğuq səslə qışqırdı (bəzən bu bağırtı eyni olur) və bundan sonra gözdən itdi.
Birinci dalğanın ardınca dərhal ikincisi gəldi, o da güclü idi. Üzə çıxan Semyon xoşbəxt nərəsini təkrarladı, ancaq bu dəfə kök basda. “Qəlsəmələrini islatdı” düşündüm və qışqırdım:
— Üz!
— Mümkün deyil! — Makarov cavab verdi, öskürərək və bərkdən titrəyərək geri qayıtdı.
Yanımda oturub alt maykası ilə çiyinlərini qurulamağa başladı. Dəsmal götürməmişdik.
— Əgər sadəcə qıçını sındırsan, — o dedi, — bir şey olmaz. Amma ayağın ilişib qalsa, yerindən qoparacaq.
— Görəsən, yerlilər burada necə çimir?
— Onlar çimmirlər, — Semyon dedi. — Bura bizim üçün ekzotikdir, onların nəyinə lazımdır? Dəniz dənizdir də. Gəl, bunun əksini təsəvvür edək. İki italyan əylənmək üçün iki günlük Moskvaya gəlirlər. Cümə günü günortadan sonra Üçüncü Dairəvi Yolu qaçaraq keçirlər. Biri keçdikdən sonra ikinciyə qışqırır: “Mario, bu çox gözəldir! Sən də gəl! Orada sürətlə keç, orada yavaşla ki, yük maşını keçəndə hava dalğası vurub yıxmasın...”
Mən güldüm. Semyon öskürdü.
— Nədir, qardaş, — soruşdum, — qəlsəmələrin yadırğayıb?
— Heç nə, — Makarov cavab verdi. — Gənziyi dəniz suyu ilə yumaq faydalıdır.
— Biz Kapri adasındayıq, — dedim. — Burada hər şey faydalıdır. Su, hava, qoxu. Hətta daşlar da.
— Daşlar hə, — Semyon dedi. — Daşlar çox realdır. Bu qayanın soluyla gedin. Onun arxasında ikincisi, daha kiçiyi olacaq. Kvadrat şəklindədir, ondan yapış və keç.> Dalğa vuranda, kürəyini sadəcə birinci daşa söykə. O, hamardır. Yalnız ənsəni qoru və sakitləş.
Mənə sakitləşməyi öyrətmə. Mən olmasaydım, sən indi kontorda oturub hazır qəhvə əməcəkdin.
— Hə, — Semyon şən-şən dedi. — Bu, yaxşı ağlımıza gəldi.
— Buna “canımızı güclə qurtardıq” deyirlər.
— Dəqiq, — Semyon razılaşdı. — Canımızı qurtardıq! Gedirsən?
Ayın zəif işığında belə onun titrədiyi görünürdü.
— Soyuqdur, — dedim.
— Özün demirdin gedək çimək, gecə, qayalar, ulduzlar... Get. Ancaq tələsmə. Nəzərə al ki, o səni təkcə itələmir, həm də götürüb apara bilər.
— Dalğa?
— Hə.
Sanki qadın haqqında dedi.
Semyon qadınlarla bağlı nəsə dedi, amma eşidə bilmədim.
Hər yer daşlıq deyildi. Suyun tam yanında əllə düzəldilmiş yastı meydança vardı: ora-burasında dəliklər olan hamar beton. Yayda yəqin ki, onlara çətirlər, kətan tentlər üçün yüngül dayaqlar taxır, yuxarı-orta təbəqədən olan avropalılar burada günəş vannası qəbul edir, faydalı ultrabənövşəyi şüalardan ləzzət alırdılar.
Alt tumanıma qədər soyundum. Düşünüb, onu da çıxartdım. Gecə çılpaq çimmək lazımdır.
Su yandırdı. Elə bil spirtin içinə girdim. Tünd qoxulu, uğultulu qara spirt məni hər tərəfdən əhatə etmişdi. O qabarıb şişir, yuvarlanır, ağır-ağır sıçrayaraq partlayır, məni artıq cızılmış əllərimlə yapışdığım daş çıxıntıdan qoparmağa, sahildən uzaqlaşdırmağa, hətta vuraraq öldürməyə çalışırdı.
Oxudum:
Dənizə isti diyarlara gələcəyəm!
Yeddi saat uçub cənubu görəcəyəm!
Qayalıqda gəzib, dənizə baş vuracağam -
Mütləq sənin yanına şimala qayıdacağam!
Qaynayan spirt amansız idi. Su tabutu geri çəkildikdə hər yanda neftli-qara səthin üzərində sualtı qayaların zirvələri görünürdü. Üç dəqiqə əvvəl birtəhər macal tapıb, üzərək sahildən aralanmaq, dalğaları cilovlamaq, köhnə dostum, tənbəki iyi verən ədəbsiz Semyona mümkün olmayanın mümkün olduğunu sübut etmək istəyirdim;> ancaq indi anladım ki, köhnə dostum haqlı imiş. Burada ancaq əllərini qranit qayalara söykəyərək oturub, təbiətin laqeydliyindən həzz ala bilərsən.
Məqamı tutaraq, çıxdım. Növbəti dalğa arxamda guruldayaraq itələyəndə başa düşdüm ki, sadəcə çıxmaq yox, qaçıb qurtulmaq lazımdır. Başımı çiyinlərimə qısaraq, vurnuxmağa başladım və dirsəyimi bir də yaraladım.
Semyon artıq geyinib siqaret çəkir, küləyə parlaq qığılcımlar buraxırdı.
— Mən də həmin mahnını xatırladım, — o qışqırdı. — “Mən şimalda yaşayıram! Mən seynerdə** çalışıram!”
— Bir də baş vur!
— Yox, — Simon cavab verdi. — Soyuqdur. Gərək hidro-kostyum alaydım.
— Yox, əşi. Bu ada vərəm xəstələri, astma xəstələri və zəngin qocalar üçündür. Burada hidro-kostyum geymirlər. Burada ağ şalvar və qayıqlardan istifadə olunur.
— Onda gərək ağ şalvar götürəydik.
— Yox, — etiraz etdim. — İdeya beləydi ki, əynimizdə nə varsa, onlarla gedək.
— Çox düz iş gördük, — Semyon dedi. — Mən məmnunam. Bura deyəsən, doğrudan da, cənnətdir.
— Elə deyirlər, — cavab verdim və hiss etdim ki, soyuqdan titrəyirəm. Ancaq bu kefimi pozmadı və peşman etmədi.
— Əgər bura cənnətdirsə, siqaretin kötüyünü hara atım?
— Qutunun üzərindəki sellofanı çıxar, — məsləhət verdim. — Ona bük və cibinə qoy.
— Aha, — Semyon dedi. — Nəzərə alaram.
Solda, yarım kilometr aralıda, sudan çıxmış onmərtəbəli bina hündürlükdə çılpaq bir qaya görünürdü.> Sağda ay işığı düşmüş yol uzanırdı: onunla durmadan qərbə doğru üzərək, Cəbəllütariqə, hətta daha da irəli — Karib adalarına və Braziliyaya getmək olardı. Heç bir maneə, sərhəd, eniş-yoxuş, yol ayrıcları, çoxpilləli yerüstü keçidlər, cümə günü tıxacı və buz yoxdur, yalnız su və başqa heç nə; bu o qədər sadə idi ki, şüurum düz bir yol ideyasına inanmaqdan imtina etdi.
Ancaq beşinci onilliyi keçəndən sonra şüura etibar etməmək daha yaxşıdır. İntuisiyaya, hisslərə etibar edin. Arzulara. İstəyirsənsə, üzürsən. Kefin istəyir, bilet alıb> dənizə, balıqçıların, rəssamların mübarək torpağına uçursan.
— Hə, — Makarov dedi. — Nədir? Qəlsəmələrin razı qaldı?
— Hə.
— Onda gedək.
Yoxuşda bədənim qızdı.
Yezuit monastırının yanından normal sürətlə keçdik və heç bir canlı ruhla qarşılaşmadan kəndin tennis kortundan bir qədər böyük olan əsas meydanına çıxdıq. Küçələrinin eni yarım metr olan köhnə məhəlləyə girdik. Qabaqda gedən Semyon dayandı.
— Sükut, — o dedi. — Hörmətim var.
Arxamızı sərin divara söykəyib dayandıq.
— Lap kino zalına oxşayır, — Makarov sakitcə dedi. — Hamı öz yerini tutanda, işıqlar sönəndə, biletyoxlayan girişdəki pərdəni çəkəndə belə sakitlik olur... Amma ekranı hələ yandırmayıblar. Səssizlik və qaranlıqdır, hamı oturub gözləyir. Mənimsə yeddi yaşım var və bunu elə ləzzətlə hiss edirəm ki, dişlərim taqqıldayır. İndi “Amfibiya adamı” göstərəcəklər. İxtiandr küçələrlə qaçacaq, eynilə bu cür küçələrlə... Ardınca da cani Pedro Zurita. Alçaq və iyrənc biri. Artıq demək olar ki, çatır, amma İxtiandr “hop!” və uçurumdan dənizdə tullanır! Artıq kimsə onu tuta bilməz...
Dağın zirvəsinə qalxanda adanın hər iki yamacını birdən gördük: şərq tərəfdə yerli sakinlər yaşayırdı, qərbi isə başdan-başa dəbdəbəli hotellər tutub. Burada işıqlar daha çox və gur idi.
Cığır genişləndi və şəbəkəli darvazaya gətirdi. Semyon qıfılı tərpətdi, dəmir qəmli-qəmli cingildədi.
Makarov burnunu çəkdi və barmaqlıqlardan yapışaraq, inamla dırmaşmağa başladı.
— Birdən gözətçi olar, — aşağıdan dedim.
— Pul verərik.
— Götürməsə, polis çağırsa, necə olacaq?
— Həqiqəti deyəcəyik. Biz rus turistləriyik. İş həftəsinin ortasında, qəfil dözülməz şəkildə dənizdə üzmək istədik. Həm də təkcə dənizdə üzmək deyil, Avropanın ən mədəni yerinə getmək. Ancaq çiməndən sonra İmperator Tiberinin villasının yanından keçmək heç cür mümkün deyil. İtalyan xarabalıqları qlobal brenddir! İtaliya futbolu kimi! İtalyan zibili kimi! Gəldik, bağlı idi. Çıxılmaz durumda qaldıq... Belə deyərik.
— Bağışlayın, əmican, daha etmərik?
Semyon aşağı atıldı, əllərini şalvarına sildi və sıx barmaqlıqların arasından gülümsədi.
— Onlar bizə “bağışlayın, əmilər!” deməlidir. Çünki əsl əmi bizik. Yetkin kişilərik. Xarabalıqlara baxmaq üçün uçub gəlmişik. Görməyənə qədər də gedən deyilik. Çünki biz turistik. Biz özümüzü ləyaqətli aparır, siqaret kötüklərini səpələmir, sellofana bükürük. Həqiqətən pul xərcləyərək isti, qonaqpərvər İtaliyanın xatirələrini soyuq Rusiyaya aparmaq istəyirik... Hə, çıx. Burada gözətçi yoxdur.
Dırmaşmağa başladım, Makarov isə ətrafa boylanaraq davam etdi:
— Sərt qışda Qırmızı Meydanın mərkəzində qarın içində donanda, qəzəbli bir ayı mənə hücum edib qoca sümüklərimi gəmirməyə başlayanda düşünəcəyəm: “Həyat boşuna getməyib! Mən Kapri adasını görmüşəm! Tiberinin ruhu ilə danışmışam! Mən vəhşi rusam, amma qəlsəmələrim İtalyan dənizi ilə nəfəs alıb!> Mənim əcdadlarım bir-birini ağac dəyənəklə öldürəndə burada demokratiya, poçt və su xətti var idi!” Həbs olunsam, belə də deyəcəyəm.
Böyük, çoxqatlı xarabalıqlar qara, səssiz və tutqun idi. Onlar qorunmur və işıqlandırılmırdı. Aralıq dənizinin bütün şimal sahili boyunca olduğu kimi, buradan keçi qığı iyi gəlirdi.
— Heç nə hiss etmirəm, — dedim.
— İki min il, — Semyon cavab verdi. — Burada onun bir molekulu da qalmayıb.
— Ola bilməz. Tiberi dünyanı idarə edib. Ponti Pilata əmr edib. Kaliqula onun oğulluğu idi. Axtarmaq lazımdır.
— Axtaracağıq, — Semyon dedi.
— Amma siqaret çəkmə. Ruhlar tütün tüstüsünü sevmirlər.
— Necə istəyirsən. Ancaq nəzərə al ki, bir azdan sabah açılacaq.
— Bu bizə sərf edir. Sübhdən əvvəlki saat ən sirli vaxtdır. Canavarla it arasındakı vaxt.
Semyon primitiv fövqəlhəssaslığa, ekstrasensor qavrayışa, mistikaya inanmırdı, kölgələr dünyası ona nağıl kimi görünürdü. amma indi fikirləşib mızıldandı:
— Yəqin ki, ruh zirzəmidə yaşamalıdır. Aşağı mərtəbədə.
— Çətin. Aşağı mərtəbədə yəqin ki, xidmət sahəsi olub. Anbarlar, tövlələr və s. Mən yuxarıda yaşayardım.
Yaxalığımızı yuxarı qaldıraraq, qaba daş labirinti bir daha dolaşdıq. Mən bütün künclərdə, çoxqatlı qatranlı qaranlıq dolu oyuqlarda, imperatorun böyük ovçusu olduğu gənc oğlanların bəlkə də öz vaxtlarını gözlədiyi üçbucaq kameralarda oturdum. Amma heç nə hiss etmədim. Yüngül titrəyişlər, zəif izlər və ya izlərin izləri qalmışdı — o da Tiberinin özünün deyil, bu divarları tikən, hovuzları su ilə dolduran və buxurdanda buxur yandıran qullarının. Ustadın zəhməti hakimiyyət hərisinin səyindən fərqli olaraq heç vaxt itməz.
Semyonu ən yuxarıda, müşahidə meydançasında tapdım: o, çöməlib qollarını hərəkət etdirir, isinməyə çalışırdı.
— Gərək termos götürəydim.
— Axı danışıq belə oldu ki, yalnız ən zəruri şeyləri götürürük. Odur ki, axşama qədər döz.
Şərqdə Neapolun zəncirvari gur işıqları göründü.
Dünən Santa Lyuciya sahilini gəzdik, amma həyəcanlanmadıq. Neapol köhnə motorollerlərə bənzəyən sahibsiz itlər, sahibsiz itlərə bənzəyən köhnə motorollerlər şəhəri imiş. Kapri adası Neapoldan daha səliqəli və daha sanballı idi. Adalılar neapollulardan daha sakit və nəzakətlidirlər. Tiberi sarayının xarabalıqları San Elmo qalasından daha qaşqabaqlı və daha sirlidir.
İmperatorun villasının yuxarı, altıncı mərtəbəsində sadiq katoliklər ibadətgah təşkil edərək, Müqəddəs Məryəmin heykəlini qoyublar. Xatirə lövhəsində hər şeyin II İohann Pavelin xeyir-duası ilə edildiyi yazılmışdı.
— Tapmadın? Semyon soruşdu.
— Yox.
— Rahat ol. Mən Tiberinin ruhu olsaydım, burnumu buralara soxmazdım. Bir düşün: mən İsanı öldürmüşəm, iki min il keçdikdən sonra insanlar evimin damına abidə qoyurlar! Həm də İsanın özünə deyil, anasına!
Tiberi İsanı öldürməyib.
— Xeyr, — Simon sakitcə etiraz etdi. — Onun günahı birbaşadır. O, İsanı öldürən sistemi idarə edirdi. Özün dedin ki, Tiberinin dövründə Roma İmperiyası son dərəcə çiçəklənib. Odur ki, cəhənnəm olsun. Ruhu da. Tarix onu sildi. Baxsana, dan yeri sökülür.
Quşlar artıq oyanıb ətrafımızda oxuyurdular.
Üfüq xətti buludlarla örtülmüşdü, odur ki, Semyonla mən ilk şüanı görmədik.
Əvvəlcə ulduzlar bir-birinin ardınca, sanki xəcalət çəkərək yoxa çıxdılar: getmək vaxtıdır, indi buranın sahibi gələcək; sonra kölgələr maviləşdi; nəhayət, sahib özü var gücü ilə aşağıdan vurdu, buludları qızılı rəngə boyadı, yox edərək, yuxarı diyirləndi; qağayılar qurudakı yoldaşları ilə bir ağızdan qıyya vurdular, lakin dəniz quşları materik quşlarından daha güclü və qabadırlar. Solğun ay tələsik səhnə arxasına keçdi. Semyonu, qəlsəmələri və ruhu, yəqin ki, elə bu dəmlərdə yanımızdan sivişib keçən Tiberini unudan ultramarin çağrılmamış qonaqlar növbəti dan yeri ağarana qədər qaçıb gizlənəndə gözlərimi qamaşdırıb kor etdi. Ölü tiranların ruhları canlı təlaşı sevmir.
Şimaldan yeni, daha ağır, boz-sink rəngdə bir bulud gəldi, ancaq o, prosesi yalnız gözəlləşdirdi, qızılı parıltını daha yumşaq gümüşüyə qədər yumşaltdı, dəliklərə töküldü və qiymətli parıltı saçdı.
— Onlar bunu hər gün görürlər, — Semyon sakitcə dedi.
— Paxıllıq edirsən?
Makarov qürurla güldü.
— Yox. Cənnət əhlinə paxıllıq etmək axmaqlıqdır. Onların qəlsəmələri yaxşıdır. Biz isə quru canlılarıyıq. Bizim qəlsəmələrimiz həmişə iltihablıdır. Biz həmişə dənizin xəyalı ilə> yaşayırıq. O, şüurumuzun altındadır. İşlənmiş qazları udaraq şəhərdə vurnuxur, sızıldayırıq... Divarlardan palma ağacları olan şəkillər asırıq... Buralara gələndə isə qəlsəmələrimiz sevinir. Yəni bizdə cəhənnəm heyranlığı var, onlarda isə yoxdur.
— Bizim cəhənnəmdən gəldiyimizi düşünürsən?
Semyon yalnız bir müddət sonra cavab verdi: artıq geri qayıdanda.
Darvazaya dırmaşmalı olmadıq, yan tərəfdə hasarda bir dəlik tapdıq.
— Moskva cəhənnəm deyil, — Semyon dedi. — O bu kateqoriyalardan kənardadır.
Buludlar indi mavi günbəzin bütün şərq yarısını örtmüş, bircə boşluq saxlamışdılar. Oradan suyun səthinə mükəmməl qızılı alov sütunu düşmüşdü.
— Gərək fotoaparatımı götürəydim, — dedim.
— Yox, — Makarov etiraz etdi. — Razılaşma beləydi: yalnız ən zəruri şeyləri.
Şəhərcik oyandı. Tinlər və karnzlər arasına bütün dünyada məşhur olan, rəssamların əbədiləşdirdiyi uzun, bənövşəyi, möhkəm italyan kölgələri (elə bil kəsib düzəltmişdilər) düşdü. Çəpərlərin arxasından məişət səs-küyü yayıldı. Analar çoxlu danışaraq, uşaqlarını məktəbə tələsdirir, gənclər motorollerlərini işə salır, tərəvəzsatanlar limon qutularını çıxarırdılar.
Meydan canlanmışdı, iki kafe açıldı və meyxanaçı bütün barmenlər kimi diqqətini cəmləyərək, piştaxta boyu bizə iki dabl-espresso atdı: “Prego, signori!” Cavabında güldük, o da başa düşdü.
Qəhvə və oksigen başımı gicəlləndirdi. Stulda oturub, ağ süfrəyə dirsəkləndim. Dostuma baxıb soruşdum:
— Vəssalam, elə bu?
— Hə, — Makarov dedi. Dərhal başa düşdüm. — Vəssalam, qardaş. Uçub gəldik, dərimizi yaş daşlara sürtüb cızdıq, xarabalıqları gəzdik və evə getmək vaxtı gəldi.
— Çox asan imiş! — İkiqat dozada nəşələndirən ağudan və cənnətin sadəliyi ideyasından ehtizaza gələrək ucadan> dedim. — Elə bilirdim, macəra olacaq. Mənim Boqorodski rayonundakı bağıma getmək Kapri adasına uçmaqdan daha çətindir.
— Dünya kiçilib, — Semyon cavab verdi.
— Ya da biz böyümüşük.
— Məyus oldun?
— Xoşbəxtəm.
— Mən də, — Semyon cavab verdi və işgüzar tərzdə təklif etdi: — Arvadlarımıza hər şeyin alındığını söyləyək. Dəniz isti və mülayimdir. Tiberinin ruhu yerindədir. Divardakı oyuqdan çıxdı və hər şeyi danışdı. İsanı öldürməyib, oğlanlarla yatmayıb, tarixçilər yalan danışır...
— Məncə, arvadlarımızın vecinə deyil, — dedim. — Onlar şokdadırlar.
— Qorxulu bir şey yoxdur, — Makarov laqeydcəsinə cavab verdi. — Bu, faydalı şokdur. Mən özümünkünə dərhal dedim: “Yalnız ən vacib şeyləri götürürəm. Yəni səni və pulu. İyirmi dəqiqəyə yığışdıq”.
— Mənimkinin on beş yaşı var, — dedim.
Otağa qayıdanda o hələ yatmışdı.
Oyatmadım. Qadınını oyadan kişilərin cəhənnəmdə xüsusi yeri var.
O, yatmış halda qayğısızlığın təcəssümü kimi görünürdü. Rahat, dodaqları, yanaqları, göz qapaqları sanki mərmərdın idi.
“Mənə görə çox gözəldir”, — yüzüncü dəfə düşündüm.
Moskvadakı mənzilinin mətbəxində böyük bir fotoşəkili vardı, gözüyumulu halda yuxu görürdü; şəkli, təbii ki, mənim sələflərimdən biri çəkmişdi, kim olduğunu soruşmadım.
Yuxu onun çoxsaylı dinlərindən biri idi.
Sonradan, mürəkkəb bir impulsa tabe olaraq həmin şəkli divardan götürdü. Səbəbini soruşmadım. Onu özüm başa düşməkdən ləzzət alırdım.
Duş qəbul edib çıxanda o artıq hər iki yastığı kürəyinin arxasına qoyub oturmuşdu, dəftər və qələmlə silahlanaraq yuxusunu yazırdı.
— Çimdin? — başını qaldırmadan soruşdu.
— Yox, — dedim. — Dəniz qəzəblidir. Soyuqdur. Hər yer daşdır. Sahildə oturduq, sonra xarabalığa getdik.
— Tiberinin ruhunu tutmağa?
Balkonun qapısını açıb dənizin qoxusunu və limon ağaclarının yarpaqlarından buxarlanan şeh damcılarını içəri buraxdım.
— Nəsə var idi. Zəif və qısa. Yəqin ki, gecəni orada oturmaq lazım idi. Bütün mərhələləri yaşamaq üçün. Qürubu, sonra gecə yarısını, şəfəqdən əvvəlki qaranlığı və günəşin doğmasını. Ruhlar səbrliləri sevir.
O cavab vermədi, yazmağa girişdi. İl yarım ərzində onun eyni anda bir neçə qatda yaşamasına heç cür öyrəşə bilməmişdim: real, yarımreal və tamamilə qeyri-real onu eyni dərəcədə udurdu, bir səviyyədən digərinə bir anda keçirdi.
Uzun illər belə qadınlarla yaşamağın qeyri-mümkün olduğuna inanmışam, ancaq birdən yanıldığımı anlamışam.
O, inkunabulasını*** çırparaq bağladı və istehzalı gözlərini qaldırdı.
— Yəqin ki, indi fikirləşirsən: “Nə qədər inkişaf etmiş adamam! Hamı yatır, amma mən artıq ayaq üstəyəm... Bütün adanı gəzmişəm... Sabahı tiranın sarayının xarabalıqlarında açmışam...”
— Ola bilər, — cavab verdim. — Yəqin ki, yer üzündəki bütün insanları primitiv olaraq inkişaf etmişlərə və geri qalmışlara bölsək, mən hər halda birinci kateqoriyaya düşərəm...
O güldü və yatağa yenidən dalğa kimi baş vurdu, görünür, bir az da mürgüləmək istəyirdi:
— Bax, bu sənin səhvindir. Sən mağara adamısan. Köhnə məktəb adamı. İnkişaf etmisənsə də, özünəməxsus şəkildə. Mağaraya xas. Vəhşi yuvadan çıxdı, bir-iki gediş etdi və tez geriyə qayıtdı! Oturdu və lovğalandı. Əla oğlanam! Güclüyəm! İstədim və qış gödəkçəsində İtaliyaya uçdum!> Hə, zəng elə görüm, bu gün səhər yeməyi sifariş etmək növbəsi səndədir.
— Bilirsən, — dedim, — Tiberi gənc olanda imperator Avqust ona boşanmağı əmr edir və qızı Yulia ilə ikinci dəfə evləndirir. Daha sonra o, ikinci arvadı ilə də ayrılır. Yeri gəlmişkən, Tiberi Ermənistanı və Polşanı fəth etdi, lakin sonra karyerasını buraxaraq, Romadan Yunanıstana getdi. Amma Yulianı özüylə aparmadı.
Onu sevmirdi?
— O, Aqrippina üçün darıxırdı. Onunla təsadüfən tanış olmuşdu və ona elə baxmışdı ki, Avqust qadına dərhal Romadan getməyi əmr etmişdi...
— Burda nə var ki?
— Avqust dünya əhalisinin yarısına nəzarət edirdi. Ancaq yad baxışları anlamağı öyrənə bilməmişdi! Bu yəqin ki, bəşər tarixində kişinin qadına ən məşhur baxışı idi.
— Xüsusi bir şey yoxdur, — o dedi. — Bunu hansısa tarixçi yazıb?
— Svetoni.
— O, əyləncəli olması üçün belə yazıb ki, kitabı təkcə quru alimlər deyil, adi insanlar da oxusun. Qadınlar da. Odur ki, şanlı hünərlər haqqında hekayələrə sentimental bir əfsanə də əlavə edib...
— Tiberi şanlı hünərlər göstərməyib, — etiraz etdim. — O, qaraqabaq və ağıllı kişi idi. Həm də möhkəm təsərrüfatçı.
— Buna görə ondan xoşun gəlir? Sən də onun kimisən axı, qaraqabaq və ağıllı. Zəng elə. Sənə yemək lazımdır.
Qəhvəni eyvanda içdim.
Bir saatdan sonra nömrəni boşaltmaq, dörd saatdan sonra isə təyyarəyə minmək lazım idi.
Ağciyərlərim, qəlsəmələrim, bütün dərimlə nəfəs alırdım. Hələ bəlkə gözlərimlə də. Hava gözəl idi. Moskvada bu yoxdur.
* MXAT — Moskva Bədii Akademik Teatrı.
** Seyner — torla təchiz olunmuş balıqçı gəmisi.
***Inkunabula — kitab çapı icadının ilk dövründə yığma hərflərlə çap olunmuş ilk kitab.