Meşədə
Meşədə, nəhəng qarışqa yuvasının yanında dayanmışam,
müşahidə edirəm sakinlərinin həyatını.
Eyni məzhəbdən olan milləti xəyal edirəm —
qardaş kimi bir-birini xatırladır simaları.
Nə varlısı var, nə kasıbı,
eyni cür geyinir hamı.
Birgə sinə gərirlər xəstəliklərə, dərdə,
birgə qulluq edirlər körpələrə.
Yorulub usanmayan zəhmətkeşlərə baxıb elə xəyala daldım ki,
unutdum az əvvəl elə qarışqa kimi vurnuxuduğumu:
saat zənginə oyanırdım; tələsik aşırırdım eyni səhər yeməyini.
Zavoda tələsirdim, öz qarışqa yuvamdan zəhləm gedirdi, zəhləm.
Yazıq həşəratlara qibtə eləyirəmsə, görünür, dinozavrların məhvi qədər
nəsə dəhşətli bir şey baş verib.