Çəpəki yağış
Bərk yağış yağırdı küçənin qarşı tərəfinə,
köynəyimə sıçramadan,
ərazini bölən itlər
belə gəzirlər adətən.
Necə də yaxşı olardı —
termometrin belə partladığı bürküdə
uzun yoldan sonra
şiddətli leysanın altında dayanıb sərinləmək.
Dağılmış qədim ev qarşıladı məni
qopmuş dam örtüyünün gurultusyla.
Budur, o biri səkidə çoxdan gözlədiyim qadının
bədənini döyəclədi yağış.
köynəyimə sıçramadan,
ərazini bölən itlər
belə gəzirlər adətən.
Necə də yaxşı olardı —
termometrin belə partladığı bürküdə
uzun yoldan sonra
şiddətli leysanın altında dayanıb sərinləmək.
Dağılmış qədim ev qarşıladı məni
qopmuş dam örtüyünün gurultusyla.
Budur, o biri səkidə çoxdan gözlədiyim qadının
bədənini döyəclədi yağış.





