London əntiqçisi bizə deyir ki...
* * *
London əntiqçisi bizə deyir ki,
zaman da əşyadır, öz bədəni var,
nə itir, nə də ki, bir yerə gedir.
Ömrü uzun olan bunu anlayar:
heç nə dəyişməyir qoca dünyada,
hər şey yerindədir, heç nə bitməyir,
hətta şorba buğu, bu buxar ki var,
əntiqçi onun da yerini bilir.
Sonra da pəsməndə malı anladır:
— Təmiz ağ qızıldı, altı qaşı var,
hamısı almazdı, yaraşığı var...
Bacısı taxıbdı ərə gedəndə,
hərçənd çox sürməyib evlilikləri.
“Təəssüf ki, o gənclər tez ayrıldılar,
yəqin tələsiblər qərar verəndə...”
Sonra da yaqutdan bir qaşlı sırğa,
bir də zərif üzük, masmavi qaşı,
söyləyim, qaş da ki, əsl qasırğa;
və bürünc tısbağa, delfinli çinli,
qırmızı ağacdan həm də ki, bir fil.
Baxdıqca baxırdın... Bizim Marina
qəfildən saata zillənib qaldı.
Rene Lalikindi, ölməz modern:
“Kasıb düşmərik ki, qoy olmasın min...”
Mal da ki, həqiqi fransız malı.
Qərar verildi ki, bundan sonra biz
toplayaq Lalikin işlərini də.
Mən isə çini bir heykəl bəyəndim —
“Kupidon oxunu yonurdu” adı.
Üzündə təbəssüm, qanadlı koppuş
qaçıb gizləmişdi dalında kolun,
ucunu yonurdu oxun, silahın,
onda min yeddi yüz yetmiş doqquzdu,
yaman gülməlidir, güldüm, uğundum.
Biz heç nə almadıq, bəlkə də qəsdən.
Düzü, başqa bir şey axtarırdım mən.
Masayçün Evterpa, bəyaz qipsdən —
yolboyu danışdım ucadan, bərkdən.
Görə bilməsəm də əsəbdən, hirsdən
hərçənd Evterpa lap yaxınımdaydı.
Çox güman incidi ətniqçi bizdən.
Yun şərf boğazıma, papaq başıma,
Portobelloya biz çıxdıq, ya Allah!
Zaman işındəydi, yenə heykəli
yonub o sonuncu görkəm verirdi.
London əntiqçisi bizə deyir ki,
zaman da əşyadır, öz bədəni var,
nə itir, nə də ki, bir yerə gedir.
Ömrü uzun olan bunu anlayar:
heç nə dəyişməyir qoca dünyada,
hər şey yerindədir, heç nə bitməyir,
hətta şorba buğu, bu buxar ki var,
əntiqçi onun da yerini bilir.
Sonra da pəsməndə malı anladır:
— Təmiz ağ qızıldı, altı qaşı var,
hamısı almazdı, yaraşığı var...
Bacısı taxıbdı ərə gedəndə,
hərçənd çox sürməyib evlilikləri.
“Təəssüf ki, o gənclər tez ayrıldılar,
yəqin tələsiblər qərar verəndə...”
Sonra da yaqutdan bir qaşlı sırğa,
bir də zərif üzük, masmavi qaşı,
söyləyim, qaş da ki, əsl qasırğa;
və bürünc tısbağa, delfinli çinli,
qırmızı ağacdan həm də ki, bir fil.
Baxdıqca baxırdın... Bizim Marina
qəfildən saata zillənib qaldı.
Rene Lalikindi, ölməz modern:
“Kasıb düşmərik ki, qoy olmasın min...”
Mal da ki, həqiqi fransız malı.
Qərar verildi ki, bundan sonra biz
toplayaq Lalikin işlərini də.
Mən isə çini bir heykəl bəyəndim —
“Kupidon oxunu yonurdu” adı.
Üzündə təbəssüm, qanadlı koppuş
qaçıb gizləmişdi dalında kolun,
ucunu yonurdu oxun, silahın,
onda min yeddi yüz yetmiş doqquzdu,
yaman gülməlidir, güldüm, uğundum.
Biz heç nə almadıq, bəlkə də qəsdən.
Düzü, başqa bir şey axtarırdım mən.
Masayçün Evterpa, bəyaz qipsdən —
yolboyu danışdım ucadan, bərkdən.
Görə bilməsəm də əsəbdən, hirsdən
hərçənd Evterpa lap yaxınımdaydı.
Çox güman incidi ətniqçi bizdən.
Yun şərf boğazıma, papaq başıma,
Portobelloya biz çıxdıq, ya Allah!
Zaman işındəydi, yenə heykəli
yonub o sonuncu görkəm verirdi.




