Ayin
Çadırın üstündə ulayır külək,
vurnuxur yanımda qaranlıq zülmət.
Bir zaman qüdrətli şah idim gerçək,
azğın düşmən məni devirdi fəqət.
Bu qara havada ovuclarını
gəzirəm, al götür məni ovcuna.
Ruhum sənə qaçır, susuz ceyrandı,
su bilib içəcək, düşüb ovsuna.
Yuxuda nə qədər bəxtəvərəmsə,
gerçək bir o qədər ağrıdar məni.
Bundan daha dərin quyu görməzsən,
burdan çağırıram: gəl qurtar məni!
Qaytar o şahanə vəziyyətimi,
Bir sözünlə dönüm, canlanım birdən!
Gör bədbəxt Davudun əziyyətini
Tanrı sevgisindən, Tanrı eşqindən.
vurnuxur yanımda qaranlıq zülmət.
Bir zaman qüdrətli şah idim gerçək,
azğın düşmən məni devirdi fəqət.
Bu qara havada ovuclarını
gəzirəm, al götür məni ovcuna.
Ruhum sənə qaçır, susuz ceyrandı,
su bilib içəcək, düşüb ovsuna.
Yuxuda nə qədər bəxtəvərəmsə,
gerçək bir o qədər ağrıdar məni.
Bundan daha dərin quyu görməzsən,
burdan çağırıram: gəl qurtar məni!
Qaytar o şahanə vəziyyətimi,
Bir sözünlə dönüm, canlanım birdən!
Gör bədbəxt Davudun əziyyətini
Tanrı sevgisindən, Tanrı eşqindən.




