Kıyo! Kıyo!..
* * *
— Kıyo! Kıyo!
Dizədək giribdi suya, əl arabasını buraxmadan murdarlayır çayı.
Körpünün yanında, köpüyü və hamamın sabunlu suyunu
dağıdan boruyla üzbəüz, kimsəsiz qəbiristanlığın
və o sahildə hələ partladılmamış kilsənin qarşısında
suda dayanıb və suyu murdarlayır,
sanki bura necə gəldiyini özü də anlamadan,
üzündə isə ya həzzdən, ya da xoşbəxtlikdən
ya da dəlilikdən bir təbəssüm ehtiyacını ödəyib ordaca durur.
Adətən, mal-qaranın çaydan keçdiyi bu dayaz yerdə dayanır,
şalvarını düzəltmədən, gözlərini axına zilləyərək,
sel suyunun şaqqıltıyla axmasına baxır,
bilmir bundan sonra nə edəcək, eləcə dayanır.
İki əli ilə arabasından yapışıb, nəsə mızıldanır,
nəsə böyürür, yalnız bu səs eşidilir: — Kıyo! Kıyo!
Bu nədir? Ayin? Ya lənət?
Hər bahar
dəmir körpünün üstündə guruldayır ildırım.
— Bu Kıyo-Kıyodur, — boşluğa başlarını yelləyirlər, —
əl arabasını yuvarladır — və it hürüşləri altında
peyda olur boz papaqlı görkəmində.
Özündən naxışı olan qırmızı qaloşlarda — budur,
o keçib gedir, cingildəyərək, guruldayaraq,
hər şeyə və hər kəsə biganə, qoca qarılar ardınca
hüznlə xaç çəkirlər — sanki İlyas peyğəmbəri görüblər.
Kişilər mızıldanırlar: — Gəl keç, gəl keç, ay axmaq,
yoxsa Andreyevoya getmək istəyirsən? — və arabasını çəkərək,
o, yoxa çıxır günün gözacışdıran alaqaranlığında
gəldiyi kimi qəfil, sadəcə bir uğultu
it zingiltisitək duyulur gah orda, gah burda,
izlər hara aparsa...
Adam niyə dünyaya gəlib?
Niyə tale kimi itələyir cüt təkəri,
bayramlarda da ağlayır, mətin təbəssümlə dözür
və yersiz sevinir: özüm görmüşəm,
cənazə orkestrli ilə birgə addımladığını
və dişsiz ağızla damaqlarını göstərərək sevinir,
səssiz gülüşlə gülür.
Budur yəni, kıyo, baxın, kıyo-kıyo —
ondan başqa nə gözləmək olar! Bilinmir hardan gəlib
və məlum deyil, harda çatacaq axırı.
— Vermə!
Məni Andreyevoya vermə, — deyirdi
anam ölümündən əvvəl də, amma
özünün də gözləri beləydi...
Bu yaxınlarda təsadüfən
həmin yerdən keçdim. Köhnədən tikilmiş
və necə gəldi düzəldilmiş birmərtəbəli ev
çölün ortasında, başqa evlərdən seçilən,
amma çardaqlı evdi... artırmasında adamlar oturmuşdu,
hamısı nəsə boz geyinmişdilər, bir qatar adam,
öz aralarında danışmayan, quşlar kimi qarıldaşan,
taqətdən düşmüş, sanki buludlardan
çəmənlikdəki gəmiyə enmişdilər...
Amma mənə qəribə görünən
bir ev-sığınacaq,
onun sakinləri deyil, mən özümdüm,
mənə elə gəlir, orada olmuşam, içərisini tanıyıram —
döşəmə taxtalarına, qara mis tutacaqlara,
qışqırıqlara, ağardıcı və ayaqyolu qoxusuna,
dəhlizdə asudə gəzən, qapıları çırparaq
“keçin, keçin” deyən yelə, yelçəkənədək.
Ah, körpülərdə tüğyan edən ildırım deyil,
bu, Kıyo-Kıyodu səmalarda uçur.
Səsi qulaqbatıran arabasında, arxasınca yerini dəyişən
zəif, ağ iz uzanır,
yavaş-yavaş yayılır və sirli əlamətlərlə qızarır...
Yarım əsr sonra sübh çağı, yuxu ilə reallığı qarışdıraraq
oyanıram, düşünürəm, o nə demək istəyirdi,
baxıram və bulanıq suda dayanmış
insanı görürəm, yenə sual verir:
— Nədi? Kimi? — amma boşluğun cavabı yoxdur, yox,
vəssalam! Oh, ey sən bizim diyirlənməmiz, yuyunmamız,
sizdən xilas yoxdu — İordan, Flegeton və Leta
ya da ayaqaltındakı Voxna... Bilmirəm... Kıyo. Kıyo.