Sən yenidən doğulsan bir işdi Şərqdə əgər...

* * *

Sən yenidən doğulsan bir işdi Şərqdə əgər,
İşıq gələn tərəfdə, Allahın pənahında.
Oralarda çox isti, qəddar olur gecələr,
Sevincək gözlərini qırpa bilməzsən orda.

Sən dua eləyərkən ketləri bir yana at:
Nə məbəd, nə qurbangah — sənin evindi bura,
Əvvəl qələbə üçün böyütdü səni həyat,
Naz-nemət içindəki o cənnət üçün sonra.

Mən sevərdim dolanbac yollarını Bağdadın,
bu yollarda satılan pırtlaq qoyun yununu.
Ya dənizçi olardım yanında Sindibadın,
yol-yoldaşı olardım, sevərdim o kinonu.

Yuxularımda məni cəzb eləyərdi Məkkə,
göz bəbəyim elə lap qara daşa dönərdi.
Baxardım ulduzlara, bir az da Uluqbəyə,
axsaq xanı hələ də at belində görərdim.

O qızılı Şirazın ən xəlvət döngəsini
dönüb səni, məhz səni mən yenə də görərdim.
O qaraşın dərinin ən zərif bölgəsini
susuz dodaqlarımla qarış-qarış gəzərdim.

Ərəb yazılarından yenə zəhər süzülür,
həyatdan qiymətlidir haqq işinin savaşı.
Yaşıl bayraq quş kimi yenə ucada süzür,
ölüm mütləqdir, fəqət sənin ilə yanaşı!