Qış
Çifiri qızdıraram və suxarı doğrayar,
Şəkildən qoxlayaram balı.
Bu axmaq pişiyin ləqəbi Yanvar,
Döşəmə altından boğub dartar siçanı.
Şalvarı çəkə-çəkə yandıraram fitili,
Primus işıq salar durmadan.
Suxarı doğrayar, qızdırıb çifiri
Deyərəm, “qış gəlib, ey canan”.
Sevgilim sakitcə su üçün qarı əridər,
Əriyər özü də göydəki Ay kimi.
Qızılı saçları yenə də gizlədər
Buzla örtülmüş pəncərəni.
Köhnə nəğməsini sevgilim oxuyar,
Kədər çömçədəcə boğular.
Çifiri qızdırıb, suxarı doğrayar,
Sakitcə pıçıldayar: “Fevral”.
“Bir dinlə, əzizim, yenə axır damdan”.
Deyərəm, nə böyük iş olub!
Masaya yapışar donub qalmış siçan,
Mən də ah çəkərəm: “Qış gəlib!”
Sevgilim yenə də qarı əridər,
Hey qarışdırar qazanı.
Qızılı saçları yenə də gizlədər
Minillik şeytan imperiyanı.
Sibirdən oxuyub tənbəki çəkərəm,
Yaşaram halımı pozmadan,
Çifiri qızdıraram... quruca çörəklə...
Deyərəm sevgilimə, həyatdı, ay ma...
Şəkildən qoxlayaram balı.
Bu axmaq pişiyin ləqəbi Yanvar,
Döşəmə altından boğub dartar siçanı.
Şalvarı çəkə-çəkə yandıraram fitili,
Primus işıq salar durmadan.
Suxarı doğrayar, qızdırıb çifiri
Deyərəm, “qış gəlib, ey canan”.
Sevgilim sakitcə su üçün qarı əridər,
Əriyər özü də göydəki Ay kimi.
Qızılı saçları yenə də gizlədər
Buzla örtülmüş pəncərəni.
Köhnə nəğməsini sevgilim oxuyar,
Kədər çömçədəcə boğular.
Çifiri qızdırıb, suxarı doğrayar,
Sakitcə pıçıldayar: “Fevral”.
“Bir dinlə, əzizim, yenə axır damdan”.
Deyərəm, nə böyük iş olub!
Masaya yapışar donub qalmış siçan,
Mən də ah çəkərəm: “Qış gəlib!”
Sevgilim yenə də qarı əridər,
Hey qarışdırar qazanı.
Qızılı saçları yenə də gizlədər
Minillik şeytan imperiyanı.
Sibirdən oxuyub tənbəki çəkərəm,
Yaşaram halımı pozmadan,
Çifiri qızdıraram... quruca çörəklə...
Deyərəm sevgilimə, həyatdı, ay ma...





