Çoxdan oxşamıram öz-özümə mən...

* * *

Çoxdan oxşamıram öz-özümə mən,
Çoxdan öz-özümə oxşamıram heç —
Deyirəm, duyuram sırtıq səsini
Yarpağı titrədən küləyin, yelin,
Boruya üfürür sinə dolusu,
Qarğa quyruğunda o sərin yayı
Özüylə gətirir bax elə indi.
Çoxdan öz-özümə oxşamıram mən
Çoxdandı, çoxdandı, çoxdandı, lap çox.
Val da xarab oldu..! Gecəyarısı
Vinili rəng verdi, rəngi saraldı.
Elə bil kinodu mənim həyatım,
Hə, hə, dəyişirəm, yaşlaşıram mən,
Oyanıb bu yayda mən görürəm ki,
Yenə pəncərəmi döyür kəpənək —
Soxulur ömrümə yaman bayağı,
Masada, lampanın işığı altda
Şeirəmi çevirim mən bu qonağı?
Bəlkə, “oyan!” deyir kiməsə mələk?
Külək yırğalayır elə körpətək
Bu yolu, küçəni, bu xiyabanı-
Bəlkə, çağa kimi yuxuya verir,
Yuxular dolaşır, şirin yuxular,
Yuxular dolaşır sərgərdan, qərib.
Qayğısız yay isti ocağa dönür,
Qızarır, yanağı Günəşə dəyir.
Getdikcə böyüyür, bəyazlıq artır,
Bu vinil zülmətdə bütün şeirlər
Onun sükutuna bələnir, itir.