Fin sərhədi yaxınlığındakı qəsəbədə...
* * *
Fin sərhədi yaxınlığındakı qəsəbədə
iki-üç kərpic taparsan uzağı. Yalnız sobalar
və borulardı. Qalanı — ağacdır eləcə:
çürümüş kötüklər və qara taxta komalar.
Odunları zadəganlar kimi basdırırlar uçqunda.
Faner şaxtada pəltək çaqqıltıyla çatlayır.
Qəlb başqa cür vurur Milad hazırlığında —
çaş-baş pioner sayıqlığını utandırır.
Ona görə yox ki, Allaha inanır. Fəqət nə qədər
ətraf belə sakit, qürub beləcə çəhrayıdır,
demək, babasıyla dalaşan Pavlik Morozov qədər də
inanmamaq gülünc sayılmalıdır.





