Zülmətdə alışırdı, yanırdı yenə bürclər...

* * *

 Zülmətdə alışırdı, yanırdı yenə bürclər,
ölüm dolu sükutdu, artıq gecəyarıydı,
yenə də titrədirdi ruhumu qorxunc güclər,
elə bil ki, İshaqın, Yəqubun zamanıydı.

 Yenə də ləçəklənib açılırdı qızılgül,
o gözü nəm üfüqdə yenə göyqurşağıydı.
Eşq nədir, sevgi nədir — nə desələr, yalnız gül! —
Vespasion zamanı, çünki Neron çağıydı.

 Qəm-qüssəylə dolursa, işdir dolub daşırsa,
bir körpə ürəyitək aciz, çarəsiz qəlbin
sıxılıb üzülürsə, olursa parça-parça —
bil ki, gəlib zamanı Daranın, Kserksin.