Sən bu gecə özünü müqəddəsə çevirdin...
* * *
Sən bu gecə özünü müqəddəsə çevirdin,
Yaşananlar hamısı səssiz-sözsüz yaşandı
Adi suyla, çörəklə və əlbəttə, şərabla.
Dua edən rahibtək sobada od oxudu.
Gecəyə zillənmişdi əzabkeş göz — pəncərə,
Bu tövbə süfrəsi də uzandı hardan-hara —
Həvari sinəsitək uzun palıd stola.
Sən ey saf yaradılış, sən ey əşya dünyası!
Ey İlahi sükunla dolub daşan, gözəl ev!
Tirlərin, hörgülərin birliyi və təması...
Sən israfçı övladçün gecələri uzatdın,
Başına adi tac da qoydun qeyri-adinin.
Yenə də başlamışdı söz-sükut imtahanı,
Əvvəl atlar kişnədi... sonra da xoruz banı...
Hıçqırıb ağlayaraq min murdar mərəz içrə,
Bir gecə ehtirasla dönüb səni tapacam.
Dabanımdan damacaq dünyanın çirkabları,
Döşəmənin bakirə sükutunu pozacam.
Hərarəti duyacam rədd edilmiş qanımda,
Heç kim soruşmayacaq, bu yerəcən hardaydın? —
Yer də göstərəcəklər düz sobanın yanında.