Üç baxış
1
Biz qışı salmadıq ki, bəlli çərçivələrə
indi may səhərləri belə soyuq açılsın.
Onsuz, torpağın altda bir yaz inadkarı var,
əkin sahələrində ürkək çiçək boylanar.
Qar da ağdır, nərgiz də — qəhrəmana bənzəyər,
ətrafdakı hər şey yad, o torpaqdan güc alar.
Öz incə kökləriylə yerdən humus, su çəkər,
təsəvvürdə necədir — eləcə də canlanar.
2
Boş kimsəsiz bu evdə, otaq-otaq sükut var,
pəncərə, çərçivələr, sınıq-salxaq, qurama.
Samanlığın içində gizlənmiş bir həyat var,
qınından qurtulmağa çalışır ağ barama.
Çatlaqlardan içəri Günəş sızır xətbəxət,
demək işıq hər yerdə qaranlığı izləyir.
Pərdənin arxasında özünə dünya qurub
canlı, cansız — hər nə var, səssizliyə səsləyir.
3
Çöldə yağan yağış evdə şüşələri tərlədir
qırmızı-ağ təpələrdə ac kötüklər islanır.
Allanır quşarmudu, quru pambıq su içir
Natürmortmu, peyzajmı — baxan yalnız zövq alır.
Bütün bu yaraların sağalacaq günü var,
Ömür-gün, hər şey yarı — yarıunutqan insan.
Qırılan zəncirlərin bərpa mexanizmi var,
şəffaf bir membranda özünü saxlar zaman.