Üç nəğmə
1
əsgərlər addımlayır
tram-pram-bram
rahiblər addımlayır
ehram ehram ehram
çəkmələr addımlayır
xrup-pip-xrom
hamının vardır payı
qram qram qram
əsgər gülləsi
barışma
rahib həvəsi
savaşma
heyif çəkmələrdən
tap-çap-kir
hər şeydən bir az
əbəsdir dir dir dir
2
boz sahilə çırpılır
balaca qayıq
mələklərin ordusu
meşədə külək
başqa bir ordu da var —
nəm küknarlıqda
...gecə yellənir qayıq
gündüz çığırır
nolacaq olacammı
yatandan sonra
yuxudan duracammı
yeni dünyada
bir qabda sümük və kül
bir çuxur yalan
o birində daş-qənbər
qaynayır suda
yellənirlər kasalar
lay-lay lay-lay və lay-lay
ləngər vurur qayıqlar
gecə yox
gündüz yatır
yatır yatır sabahlar
3
kotanlar
zağçalar — onların bayraqları
pəhləvanlar — onların Van Qoqları
təkərli sirkimizdə yağışın şəfəqindən keçib gedirlər onlar
halqalar
“cəhənnəmə və geri”
iti ağlın şirləri
yatan evlərdən keçən kor ləkələrtək keçib yenə gedirlər onlar
göyüzünün damından
o yanda
var azadlıq
göz yaşları sinəni parçalayır və sinədə zəncirlər qırılır
əsgərlər addımlayır
tram-pram-bram
rahiblər addımlayır
ehram ehram ehram
çəkmələr addımlayır
xrup-pip-xrom
hamının vardır payı
qram qram qram
əsgər gülləsi
barışma
rahib həvəsi
savaşma
heyif çəkmələrdən
tap-çap-kir
hər şeydən bir az
əbəsdir dir dir dir
2
boz sahilə çırpılır
balaca qayıq
mələklərin ordusu
meşədə külək
başqa bir ordu da var —
nəm küknarlıqda
...gecə yellənir qayıq
gündüz çığırır
nolacaq olacammı
yatandan sonra
yuxudan duracammı
yeni dünyada
bir qabda sümük və kül
bir çuxur yalan
o birində daş-qənbər
qaynayır suda
yellənirlər kasalar
lay-lay lay-lay və lay-lay
ləngər vurur qayıqlar
gecə yox
gündüz yatır
yatır yatır sabahlar
3
kotanlar
zağçalar — onların bayraqları
pəhləvanlar — onların Van Qoqları
təkərli sirkimizdə yağışın şəfəqindən keçib gedirlər onlar
halqalar
“cəhənnəmə və geri”
iti ağlın şirləri
yatan evlərdən keçən kor ləkələrtək keçib yenə gedirlər onlar
göyüzünün damından
o yanda
var azadlıq
göz yaşları sinəni parçalayır və sinədə zəncirlər qırılır





