Sveta, yaxud əsl kişi olduğum Gün
(parça)
Körpənin dəhşətli ağırlığının, ədəb-ərkan xatirinə kommunist atadan səkkiz yüz kilometr aralıda həyata keçirilən vəftiz mərasiminin və Don çayının mənbəyinin üstündəki doğma panel evin təsvirinin (əslində belədir: giriş qapısının sağ tərəfində ət doğramaq üçün yaralı kötük, barakların yanındakı domino masaları və toylarda geyilən maskarad paltarları — onların arasında özünə bığ çəkmiş milis xüsusilə seçilirdi) üstündən keçsək, ondan başlamaq lazımdır ki, keçən yay qızım (gəlin ona «qırmızı çuğundur çiçəyi» mənasını verən Alis deyək; Averil desək, «axta donuzun mübarizəsi» anlamına gələcək) “Vahid Dövlət İmtahanının nəticələri” qrafasında qibtə ediləcək ikirəqəmli bal qazandığına görə, anasının repetitorlar üçün verdiyi bir neçə min funtu dəyişdirərək və inadla verdiyim məsləhətləri qulaqardına vuraraq, lotereya biletləri üçün beş universitetin qəbul komissiyasına növbəyə durdu. Onlardan hər hansı birini bitirdikdən sonra Alisi amansız humanitar ehtiyac gözləyirdi, — atası deyirdi, — valideynlərdən qalma mirası yemək, ərindən aşağılayıcı asılılıq (boşanmaqdan daha pis şeylər var, mənim balam!), restoranların qapısında quru çörək dilənmək və vaxtında valideynlərinin fikrinə hörmətlə yanaşan varlı sinif yoldaşlarının evlərində qulluqçuluq etmək.
İfratçılığın idman zalında qazandırdığı cəhənnəm əzabından — fəqərələri arasındakı yırtıqdan qəddi əyilən qoca ata başqa neyləyə bilərdi?
Ancaq yanına düşüb gedə bilərdi. Boşalmış karton stəkanın kənarlarını dişləyərək hasarların, «maneələrin» və «çərçivələrin» yanında gözləyərdi — ikiqat espresso! Alisin necə çıxacağını təxmin edərdi. Birdən dilxor olar! Görəsən, bütün suallara cavab verə bilib? Şparqalka işə yarayıb? Təcili yedirtmək lazımdır! Birdən onun çiçəyi elə bu andaca yetkinləşdi, dünyanın ədalətsiz qurulduğunu, hər şeyin alınıb-satıldığını, ən yaxşı yerlərin qeydiyyatının elə evdəncə aparıldığını anladı?!
Əzab dolu o günlərdə mən də başqaları kimi səssiz izdihamın arasında, sanki cənazənin çıxarılmasını gözləyirdim. Arayış təqdim edən abituriyentlər içəri buraxılır, diplomlarını sinəsinə sıxan məzunlar çıxırdılar. Sanki çırpılan qapılar arxasında beş il faydasız, nəticəsiz həblər udan və Bilik Məbədinə eyni dərəcədə yad olan (bir-birinə “hələ” və “artıq”dan başqa heç nə deyə bilməyən) adamlar idi; sadəcə boyları bir neçə santimetr artmış və duruşları dəyişmişdi — girənlər həyəcanlı, çıxanlar laqeyd idi; bir də ki, müxtəlif istiqamətlərə gedirdilər.
Bütün həyatı boyu Alisi qiymətlərin, müsabiqənin, imtahan götürənən iyrənc əhvalının və ya özündənrazılığının, qeydiyyatın və təhsil müəssisəsinin adının tale ilə heç bir əlaqəsi olmadığına inandırmağa çalışan məni birdən-birə xatirələr çulğadı, ardınca isə heyvani dəhşət bürüdü (sanki indi həyat və tale bununla həll olunurdu) və Tanrıya təriflər pıçıldadım: artıq abituriyent olmamaq nə böyük xoşbəxtlik imiş!
İlk çıxanlar əlaçı qız tələbələr idi — fərqi yoxdur, çirkin, yaxud gözəl, ancaq demək olar ki, hamısı gözlərini ikrahla qıyaraq, ayaqlarını yüngülvari çəkirdilər: belə bir yüngüllük hətta darıxdırıcı idi! Əlaçı qızları qarşılayan olmadı, azadlıqda ilk etdikləri telefonlarını qaldırıb qulaqlarına qoymaları və sual nidaları arasından cavabsız keçmələri oldu: Necə oldu? Mövzu nəydi? Auditoriyaya neçə nəfər buraxırdılar? Onların ardınca varlı uşaqları peyda oldu, adət etmədikləri şəkildə yorğun, adətən olduqları kimi sakit idilər. Onları “Mercedes”lərin dərinliyindən zəng edə-edə çıxan çəhrayı köynəkli arxası yoğun yavərlər qarşıladı: “İndi neyləməliyik? Hansı qapıya? Bənövşəyi qələmlə yazıb!” Sonra da “əsas məsələ”.
Əyalətdən gələnlərə ürəyim ağrıdı, özümüzkülərdir axı: ütülü şalvar, təmizlənmiş isti çəkmələr geymiş, köynəklərinin ən yuxarı düyməsi bağlı, saf simalı gənc oğlanlar, ağır çantalı atalar, bankalarda kotletlər, utancaq xiyar xırtıltısı və yumurtanın hasarın tumbasının təpəsinə döyülməsi. Əyalətlilər yoldan keçənlərə son dərəcə nəzakətlə müraciət edir, növbətçini hörmətlə narahat etməzdən əvvəl uzun müddət kənarda pıçıldaşır və məsuliyyəti bölüşdürdülər: bağışlayın, biz hara getməliyik? Amiranə sifət aşağılayıcı şəkildə onlara oxun göstərdiyi istiqamətə işarə etdikdə (yerlilərin heç nə soruşmadan getdiyi yer) əyalətlilər elə təşəkkür edir və sevinirdilər ki, sanki ilk imtahanı verib, həlledici addımlardan birini atıblar. Böyük uğurdur!
Əyalətlilər pulemyotun qabağına qaçan piyadalardır, ancaq burada əksinə idi: piyadalar daim döyüş meydanında qalsalar da, əyalətlilərdən kimsə qalmayacaqdı; səkilərdə, dəhlizlərdə, valideynlərinin çiynində ağlayacaqdılar: cəmi sıfır beş balım çatmadı! Kursk vağzalında bitib onları gözləyən və görən kimi vərəqələr uzadan leşyeyən qarğalar deyəcəkdilər: buyurun bizim ödənişli vaqona.
Özümü saxlayıb jurnalistika fakültəsinə arxamı çevirdim və üzümü Asiya və Afrika ölkələri İnstitutuna tutdum. Orada suvağımı qopararaq, bozarmış tarixi kərpiclərimi üzə çıxardılar, damda isə külək çoxillik kolu silkələyirdi — hələ də yadımdadır... İnsanlara hakim olan məhz budur, payızın dayaz ləpəli o həftələri də orada qaldı: artırmanın kandarında və ardında; peşman oldum. Başqa necə adlandırmaq olar? Həyəcan və xəfif kədər. Bəli, saxlanan maşınlar çoxaldı. Yox, maşınlar yadımda deyil. Hə, maşınlar yox idi! Çıxanların iyirmi illik gönünə bələd oldum: Odurmu? Burada kimləri görmüş, kimi tanımışdım? Bəs sən niyə girmirsən? Alisin ardınca bircə kərə getdim və canıma od düşdü, qanım qatılaşdı, coşdu. Abituriyentlər və pərəstişkarlar pilləkənlərin solundakı keçmiş kitabxanada oturmuşdular, fakültə bərbad idi, parket cırıldayırdı. Pilləkənin arxasından keçdim; hansısa “saxlama yeri”. Bəs qəzet oxunan yer hara yox olmuşdu? Vağzal zirzəmilərində olduğu kimi ərzaq köşkləri vardı, pilləkən yeyilmişdi, bir az yixarıda “institut” yazılan lövhələr; auditoriyaya daxil oldum və sanki özü mənə dedi: “Üç yüz on altıncı!” Yazı taxtası, bir parça təbaşir, mən burada qəbul olmuşam, qonşu masada isə dünyanın ən gözəl qızı gülümsəyirdi. Amma indi. Bəs indi. Hər yerinə ağrıkəsici məlhəm yaxmış qoca barmaqlarının təbaşirini silirdi, sanki barmaq izlərini qoymaqdan qorxurdu.
Alis, mən fakültəyə min doqquz yüzdə, noyabr ayında, kartof yığımı ətrafında sıx birləşən birinci kurs artıq zəngli saatı quranlara və təqaüdün nə olduğunu bilməyənlərə bölünəndə gəldim. Zəngli saatların sahibləri “birinci qoşa dərsə” oyanır, “bu gün ikinciyə getməliyəm” düşünərək, dondurucu alaqaranlıqda bir-birinə kip sıxışmış bədənləri və təkərli arabaları aparan iyirmi altıncı tramvayı gözləyirdilər, atılıb minirdilər, qıvrılırdılar, yapışırdılar, qucaqlayırdılar, asılırdılar, sağ ayaqlarını qoyurdular, yaxud qapının arasında sıxılırdılar və çovğuna tərəf əyilərək, həyətlərdən köndələninə sürünərək, Ulan-Bator kinoteatrının (buranın havasız zalında bazar günləri numizmatların şəhər tər qoxusu festivalı keçirilir) yanından “Akademiçeskaya”ya doğru gedirdilər.
Fakültədən gün batanda çıxıb, sevimli müəllimlərini metroya qədər ötürürdülər, bir stəkan axşam xamasından sonra yataqxananın kitabxanasında görüşürdülər, ora bağlananda jurnalistika fakültəsinin mərtəbələrindəki (ikincidən səkkizinciyə qədər) oxu zallarında stolları zəbt edirdilər, ya da mətbəxdə biş-düş edir, yuyur, divar qəzetləri çəkir, Dnepropetrovskdakı analarına məktublar yazır və ya siyasi mübahisələr etmək üçün doqquzuncu mərtəbədəki torpaqşünasların yanına qalxırdılar. Torpaqşünas qızlar (kişilərin niyə torpaqşünaslığa daxil olmaması hələ də qanlı kommunist rejiminin məşum sirlərindəndir) istənilən kişi cəmiyyətinə o qədər sevinirdilər ki, mehriban həyat yoldaşım və fədakar anam ucadan və utanmadan MDU-nun torpaqşünaslıq fakültəsini bitirdiklərini etiraf edəndə mən hələ də qızarıram: Kim bununla öyünər?!
Zəngli saatları qurmayanlar (ordu veteranları, istehsalat veteranları, Sov.İKP-nin milli siyasəti sayəsində “fəhlə fakültəsi” vasitəsilə arxa qapıdan salınan dağlılar — qırxılmamış tayfalar!) çox yatırdılar, demək olar ki, həmişə, günlərlə və demək olar ki, həmişə içirdilər, bəzən gözətçi, süpürgəçi işləyir və ya xırda fırıldaqçılıq edirdilər, qovulurdular, bərpa olunurdular, borc alırdılar, qonaq qəbul edirdilər, psixoloqların yaşadığı birinci korpusda mənəviyyat alçaldırdılar, sahə müvəkkilinə izahat yazırdılar, universitetə ancaq sessiyalarda gəlirdilər, amma əsasən yatır, yeyib-
içirdilər (heç bilmirəm necə deyim ki, dəqiq olsun), qısası, çoxlu qız tanışları var idi. Zəngli saatları qurmayanlar bu tanışlıqları axtarırdılar. Həmişə uğurlu olmasa da, daim. Belə çıxır ki, onlar cənnətdə yaşayırdılar, Şvernik küçəsi on doqquz, ikinci korpus.
Sovet hakimiyyətinin son, yuxulu və hərəkətsiz illəri təhsili, iş axtarmağı, dövlət əmlakına hörməti, qanuna tabe olmağı, vicdanlı həyatı, Vətənə xidməti də olan-qalan mənasından məhrum etdi. Yox, heç kim bilmirdi ki, çox keçmədən müftə istehlak şəklində mütləq ədalətə gedən yol bir gün divara dirənəcək və geri qayıtmalı olacağıq, onda birincilər sonuncu olacaq. Amma hər kəs müəyyən qədər hiss edirdi ki, getməyin mənası yoxdur. Bir az pionerlik, daha çox komsomol, ən yaxşısı da ordu (partiya bizi gözləmədi, iki santimetr çatmadı!) adama başa salırdı ki, tam salamat qalmaq istəyirsənsə, yayın və şiş. Zəmanənin diktəsini az qanla, meydana çıxmadan, əlinə batmış ayıpəncəsi tikanı kimi sakitcə çıxar: qeydiyyatdan keçmək lazımdır — bəli, xahiş edirəm, kağızda — iştirak et; sıxırlarsa, səs ver; xahiş edirlər — çıxış et; məcbur edirlər — gəl və axırıncı cərgədə mürgülə, amma kəndiri əlində bərk tut, xırda bir şey olan kimi aradan çıx, xəstəlik məzuniyyəti götür, unut və ya yat qal və özünü bir az şişir, böyümə, gülümsəyən qızların arasında qayğısız və cavan qal.
Noyabrın ilk günlərində komsomol biletimi məhv edərək itirib tədris şöbəsində peyda olanda kursumuz belə bölünmüşdü. Bəxtim onda gətirdi ki, şöbədən ilk qovulan mən oldum. Hərbi xidmətim “Matrosskaya Tişina”da qərargahın zirzəmisində ventilyasiya qurğusunun gurultusu altında keçdi. Yeganə pəncərə göyərçinlərin ölmək üçün düşdüyü beton quyuya baxırdı; qarı və yarpaqları xatırlamıram. İl yarım siçovulların və bitlərin hücumuna tab gətirərək, dəhlizin otuz metr dərinliyində sol tərəfdə olan həmin zirzəmidə yatdıq.
Səhərlər zabitlər və general peyda olanadək dişlərimi fırçalamaq, yuyunmaq, xırda şeyləri yumaq (böyük şeyləri şənbə günləri “Medvejyi Ozera” hamamında yuyurduq) üçün ikinci mərtəbədəki tualetə qalxır, ikincini xadimə zəbt edəndə üçüncü, ya da arxa cəbhə xidmətinin oturduğu dördüncü mərtəbəyə çıxırdım.
Həmin gün xüsusi bir gün idi, mən diş pastası almışdım. Pulunuza qənaət etmək üçün fırçanızı diş tozuna batırmağı tərgidin, çünki onu heç vaxt əlinizdən və üzünüzdən tamamilə yuyub apara bilməyəcəksiniz! Tezliklə dövlətimizin kasıblığına son qoyulucaq, bizi başqa həyat gözləyir. Buna elə sevindim ki, ağır tübiki hörmətlə sıxdım, barmaqlarımla ehmalca tutdum ki, artıq çıxmasın. Amma pasta çıxmadı.
Sən demə, diş pastasının boğazı parlaq... folqa kimi şeylə lehimlənibmiş, var gücünlə sıxmazdan qabaq deşmək lazım imiş. Moskvadakı pasta beləymiş. Təbii ki, biz geri qalmışıq. Nəylə deşim? Çeçələ barmağımla qurdaladım, diş fırçasının sapıyla basdım, folqa sanki əzilsə də, cırılmadı. İti bir şey lazım idi. Zirzəmiyə mismar dalınca getməyə vaxt yox idi, zolaqlılar və papaqlılar indicə mərtəbələrdə görünəcəkdilər. Ağlıma gəldi ki, tübiki iki əlimlə qəfil sıxsam, güclü təzyiq pastanı cıxaracaq. Əlbəttə, yüngülvari deyindim. Bahalı mal satırsınız, onu rahat edin də...
Tübiki qəfil sıxmalıydım.
Əllərimi tuşlayaraq, tübiki çanağa tərəf uzatdım ki, artıq çıxsa, döşəməyə tökülməsin...
— Hə! — bir dəfə sınadım.
Alınmadı.
Bir də!!!
Gözlədiyim kimi oldu. Hətta artıqlaması ilə.
Bəli, tübik sadəcə əllərimdə partladı!
Sanki içindəki pasta çoxdan qaynayır, bayıra çıxmağa fürsət gözləyirmiş, odur ki, ən xırda damcısına, qırıntılarına qədər ətrafa sıçradı, bax belə! — boşalmış tübiki bürmələyib atmaqdan başqa çarəm qalmadı: belə də etdim. Yaman da sıxdın! İndi sürt dişlərini, görüm necə sürtürsən...
Fırçanı çanağa tökülən pastaya batırmaq istədim, amma çanaqda pasta nə gəzirdi! Bir damcı da yox idi. Hamısı harasa yox olmuşdu. Ətrafa baxdım: bu nəydi? Hər şeyi gördüyünü zənn edən, amma çox şeyi görməyən yuxulu adamlar kimi... Üstəlik, üç şkaf qutusunun yanındakı çanağın üstündə bir maddənin izsiz yoxa çıxması ilə qarşılaşırsan... Qarşı tərəfdə güzgü var... Qəhvəyi kaşının üzərində...
Sanki heç yuxudan ayılmayıb — qəribə və səfeh yuxu görür.
Üstəlik ayaqlarını ikinci mərtəbədən sürüyüb aparmağın vaxtı da gəldi.
Görünür, tübik boş imiş! Zay məhsul! Sadəcə, partladı.
Birdən dəhşəti görüb, dərk etməyə başlamazdan əvvəl baxışlarımı özümə çevirdim... Aman Tanrım, bu nədir!!! — sən demə, yazıq tübiki elə sıxmışam ki, pasta qabaqdan yox, qabını cıraraq arxadan çıxıb, çanağa tüpürmək əvəzinə, tikişi sökərək, qarnıma çırpılıb və yağlı nanə ləkəsi indi kitelimlə aşağı axaraq, şalvarımda bığ buraxırdı.
Qaçmaq lazımdır! Fırçanı qarnımdakı ətirli qarışığa batırıb tez dişlərimi sürtdüm, əlimi kranın altında iki dəfə isladıb üzümü sildim, saçlarımı tumarladım, əşyalarımı götürüb pilləkənə cumdum (həmişəki kimi əvvəlcə qulaq asmaq, sonra baxmaq lazım idi), orada bir-birindən seçilməyən hər kəs dimdik dayanmışdı, çünki biri hərəkət edirdi — Marşal, bizim Qoşun Növünün ucaboy, dalğın, heç vaxt ətrafa baxmayan komandanı öz kefiylə yuxarı qalxırdı, gözləri sanki Varşava Müqaviləsi ölkələri ordularının aqressiv niyyətli qarşıdurmalarının çətinlikləri haqda düşüncələrə dalmış gözəl xarici heykəlin yanında qalmışdı... Geri çəkildim, gizləndim və gözlədim: bəs sonra? Sonra qərargah üzrə növbətçi, əyyaş silahdaşlarını satmaqla məşhurlaşan polkovnik Q. nədənsə pıçıltı ilə mənə dedi: onun ardınca get! Qoşun Növünün komandanı onun arxasınca getməyini əmr etdi! Polkovnik G. titrəyir, əliylə göstərə bilmir və təkrar edirdi: onun ardınca! Dərhal!
Neyləyə bilərdim? Gedib çəkmələrimi təmizləyim və çarpayının altında furajkamı axtarım? Dəhşətli dalğa gurultu ilə məni götürüb apardı və sürətlə düz Taleyin qəzəblə uğuldayan cənginə sürüdü. Qəbul otağında salamlamadan sonra da azad olmayan iki adyutant xorla qışqırdı: hara?! Bayğın halda mızıldandım: yoldaş komandan çağırıb. Və uçuruma atıldım.
Marşal xeyli irəlidə, təxminən on metr aralı stolun arxasında yanakı oturmuşdu, sanki çəkmələrini dəyişirdi. Mən “sıravi filankəs əmrinizə uyğun olaraq” tipində bir şey deyib, “Vostok” kosmik gəmisinin Qaqarini Yerə qaytaran enmə aparatı boyda qlobusun yanında dayandım.
Marşal on səkkiz yaşından etibarən Amerikanı bombalamağa hazırlaşıb, onu ancaq bombardmançı təyyarələr, uçuşlar və raketlər maraqlandırırdı. Amma nizamli addımlamalar, sıravilər və yefreytorlar, yanacaq anbarları, qış geyimləri və kağız-kuğuz onu sıxırdı. Marşalın söyüş söydüyünü heç vaxt eşitməmişdim, səkilərin rənginə, sürücünün gecikməsinə fikir verir, sakitcə gəlib, sakitcə gedirdi. Bu bizim ilk və son görüşümüz oldu.
Marşal mənə elə çaşqınlıqla, elə kədərlə baxdı ki, əməlli-başlı həyəcanlandım: bəlkə, növbətçi səhv edib? Bəlkə Qoşun Növümüzün komandanı uçuruma məni çağırmayıb?! İndi əsgərin niyə gəldiyini və ona çəkmələrini dəyişdirməyə mane olduğunu, marşalın buludların üstündəki səsdən sürətli dünyasını öz gündəlik adi görkəmi ilə niyə təhqir etdiyini başa düşməyəcək.
Mən qırx altı ölçülü köhnə çəkmələr geyinirdim (sol tayının burnu bıçaqla azca kəsilmişdi) və onları ayağımın bir hərəkəti ilə çıxara bilirdim (öz çəkmələrim “təlim məktəbində” itmiş və bu nəhənglər mənə il yarım davam edən “müvəqqəti müddətə” verilmişdi). Şalvarıma görə narahat olmadım, təzə idi (köhnə hauptvaxtda sement yükləyərkən məhv olmuşdu), amma mənimkindən iki ölçü böyük idi və məni milli rəqs ifa edərkən, tullanaraq şpaqat açan xoxola bənzədirdi. Sol döşümdə “Hərbi Hava Qüvvələri əlaçısı” nişanı, sağda pulqabım, hərbi biletim, “düşes” nabatları, diyircəkli qələm, iynə-sap və komsomol bileti (əgər çırpışdırmamışdılarsa) olan cibim vardı. Üzümü burun körpücüyümə yapışmış eynəyim əyri şəkildə kəsirdi (eynəyimin əyri durması sağ yayının vintinin açılıb düşməsi, yuvarlanıb qeybə çəkilməsi və yerinə dəftərxana sancağı qırığı taxmağımla bağlı idi), sağ əlimdə diş fırçası, dəsmal və sabunqabı, sol əlimdə yuyulmuş və vicdanla sıxılmış nizamnamədə nəzərdə tutulmayan corablar və trusu (patava və alt tumanı geyinməli idim) tutmuşdum. Qarnımdakı futbol topu izinə bənzəyən ağımtıl, jelatinli ləkə çat verərək axmağa çalışırdı. Nəsə izah etməyə çalışmadım: nə mənası var? Uşaq deyilik ki, artıq başa düşürdük ki, heç kim “nə olub?” və ya “necə kömək edə bilərəm?”mənasında səni düşünmür, hamı üçün şəffafsan və hamı yalnız özünü düşünür, ordu səni lazımsız fikirlərdən xilas edib, kimin nəyinə lazımsan? Bəlkə də, həmişə belə olub və belə də olmalıdır.
Komandan üzdən xoxol atasına bənzəyirdi. Ancaq Nikita baba balacaboy idi. Sakitliyi və nitqinin anlaşılmazlığı ilə anasına çəkmişdi. Tanya arvad daim isti yaylıqda, əyilmiş, bükülmüş, qırışların yumşaltdığı və sanki ağlayan üzünü yuxarı qaldırmadan gəzirdi. Birinci o öldü və Nikita baba (küçədə onu xoxol ləhcəsində «Nıkita» çağırırdılar) hətta incidi: “Bir az qabaq ölsəydin, mən də həyatımı yenidən qurardım”. Ancaq kar olmasına və armud kimi qurumasına baxmayaraq, təkbaşına xeyli yaşadı, On beş il ərzində onu heç vaxt furajkasız və zabit köynəyi geyinməmiş görmədim, elə bil vağzal bazarında vaxtilə hərbçi olmuş qəssab idi. O, başmaq və çəkmə də tikirdi (Urazovdan olan qohumları dəri zavodundan ona kəsiklər gətirirdilər). Valuykidə dolaşa və qarğaların vurlub, nahar hazırlandığı vaxtlar “borc öhdəliklərinin ödənilməsində həddindən artıq sərtliyi” (indi məhz belə deyilərdi) ilə seçilirdi. Nıkita üstəlik Voroşilov küçəsində daşınmaz əmlaka investisiya da qoydu.
Evdə heç kim onunla xüsusi söhbət etmirdi. Marşalın şən qardaşı soyuducu təmir edir, içir və balıq tutur, gəlni xəstə qızına qulluq edirdi. Ona görə də yağış yağmayanda baba öz dombagöz it Bimo ilə birlikdə əsasına söykənərək, bizim daxmaya gəlir, içəri girmək üçün qısa bir addım atmazdan qabaq azı bir dəqiqə gözləyir və skamyada oturaraq (artırmaya çıxa bilmirdi) darıxdırıcı söhbətləri ilə (“Rita belə gəldi, Saşko elə getdi”) nənəmi yorurdu. O vaxtlar bizim tərəflərdə qonaqlara çay vermək də dəbdə deyildi. Elə ki bəstəboy qoca müntəzəm, yerişi ilə çəpərin arasından keçib gəlirdi, nənəm bütün küçə boyu qışqırır, hamı qaçıb gizlənirdi. Amma nənəm qohumuna qarşı səbrli idi! Onun oğlu Nikitanın qızını almışdı; əvvəlcə bu, qeyri-bərabər bir nikah idi, lakin illər keçdikcə bərabərsizlik azaldı. İndisə tamamilə yox olub, heç kim qalmayıb, mən bu toz-torpağın üstündə təkəm, inkişafımızı və başqalarından pis yaşamadığımızı, “Biq-Ben”in fonunda şəkil çəkdirdiyimizi sübut edəcəyimiz kimsə yoxdur. Amma sübut etmək istərdik.
Yəni əmim (dayım) marşalın bacısı ilə evlənib və marşalın özü, Qoşun Növünün komandanı, təbii ki, haradansa eşidə bilər ki, onun xeyirxahlığı sayəsində Marı-1 aerodromunda bir əsgər təyyarələrə yaxşı qulluq etmir, boş yerə gün keçirir, Aredinskdə sutka boyu qar təmizləmir (hər bir qoşun növündə cəhənnəmlə heç bir fərqi olmayan yerlər var; Aredinskdə xidmət etməyə gedərkən gözümün qabağında ağlayan yekə kişilər görmüşəm) və Moskva yaxınlıqdakı isti bir yerdə... (onun insanların qərargahın zirzəmisində yaşamasından, mənim operativ əməliyyatlar üçün zalın kino köşkündə mülki geyim saxlamağımdan, şənbə günləri qarajların arxasındakı bütün Hava Desant Qoşunlarına və bütün Hərbi Nəqliyyat Aviasiyasına məlum olan gizli yerdən hasarı aşıb keçməyimdən çətin ki xəbəri vardı) nə isə kifayətdir, təfərrüata ehtiyac yoxdur.
Marşal, çox güman ki, artıq öz xeyirxahlığını unutmuşdu, amma bu gün xatırlamaq və heyfsilənmək üçün uyğun bir gün idi.
O, dolaşıq və laqeyd danışırdı, adamlar adətən öz-özünə danışanda, yatmazdan əvvəl ayaqlarını yorğanla örtüb mızıldananda, üzünü dəsmalla siləndə, qarşısındakı adamdan siqaret istəyəndə belə edirlər. Bir söz belə başa düşmədim, amma yaxınlaşmağa və ya soruşmağa da qorxurdum, ona görə, intonasiya və mənadan təxmin etdim (yəni komandan mən olsaydım, nə soruşardım), biz tərcüməçi vasitəsilə danışdıq, mən həm həmsöhbət, həm də tərcüməçi idim: sən burda nə edirsən? — Marşal bunabənzər bir şey soruşdu.
Cavab verdim ki, xidmət edirəm; bu onu təəccübləndirdi: axı müdafiə nazirinin ehtiyata buraxılmaq barədə əmri çoxdan dərc olunmuşdu, bu barədə nəsə eşitmişdim. Onu da fikirləşdim ki, bəlkə burada olmağım bütün bu müddət ərzində komandani rahatsız edib, xeyirxahlıq onun məqamına uyğun şey deyil axı.
İzahata başladım: dərhal buraxmırlar. Sərəncamdan bir ay keçdikdən sonra “sıfırıncı”, yəni ilk partiyanı buraxırlar, bir həftə sonra — birincini, daha bir həftə sonra — ikincini və s. Bölgünü xidmət və nailiyyətlərə görə aparırlar. Xüsusilə “seçilən” əsgərlər sonuncu partiyada — dekabrın 31-də saat iyirmi üç əlli doqquzda buraxılır. Silahlı Qüvvələrdə ən dəhşətli təhdid budur: “Yeni ilin ilk zəngləri çalınanda gedəcəksən”.
Marşal kədərləndi və darıxdı, naşı adam kimi aydınlaşdırmaq istədi: hansı partiyalardan danışırsan?
“Sıfırıncı” partiya, yoldaş Qoşun Növü komandanı, sizin sürücünüzdür. Birinci partiya — kaptyor, çörəkdoğrayan və baş çavuş Rudenkodur (qonşu rabitə briqadasından taxta-şalban maşını oğurladığı üçün, ancaq boynuna almadı); ikinci patriya ( gördüm ki, barmaqlarımı şıqqıldatmağım marşalda ikrah doğurur, odur ki, dayandırdım) — tibb qardaşı (bitlərin hücumunu gizlətdiyinə görə), böyük gizir Kovalçukun qardaşı (bacısı) oğlu və qərargah rəisi general-leytenantın sürücüsü...
Komandir əlini iki dəfə tərpətdi: mumla və sürüş. Qəbul otağına çıxdım, oradakı adyutantlar və generallar paltarımdakı diş pastasına ikrahlı dəhşətlə baxdılar, yıxılmalı olduğunu anlamadan döyüş meydanında yürüyən ölümcül yaralının çıxmış bağırsaqlarına baxan kimi: öldürün.
Axşam yeməyindən sonra komandirim, sözün əsl mənasında quşbaş, arağın ona görə olmadığından bixəbər polkovnik-leytenant Frolov (ərzaq anbarının onu sevən rəisi necə də gözəl idi! Yeri behişt olsun!) incik tərzdə fısıldayaraq, tərxis olunmağım üçün bütün sənədləri, üstəlik metal qayışına “Qoşun Növü komandanından sıravi filankəsə” həkk olunmuş elektron saatı (bir vaxtlar dəmir qayışlı, rəqəmli, melodiyalı, buynuzlu düymələri olan bu oyuncaqlar yaman dəbdə idi) qarşıma qoydu; saatı yataqxanada oğurladılar və buna qətiyyən üzülmədim; keçid məntəqəsini daha sürətlə adladım və uçdum.
Üç gün komsomol biletimi axtarandan və şəhər komsomol komitəsində beş dəqiqə yalandan ağlayandan sonra (gənclərin yaşı əllidən çox olmayan gənc lideri arxamca gələrək təkrarladı: “Buna necə yol verdin?” — o, ah çəkdi, göz yaşlarımı necə sildiyimə baxdı və yenidən “Başa düşmürəm, sən buna necə yol verdin? Bəlkə huşsuz vəziyyətdə olmusan?” — dedi. Oktyabrskayadan tramvayla beş illik xoşbəxt, əyləncəli, ləzzətli (az qala məsum yazacaqdım) uşaqlıq dövrümün keçdiyi Şvernikə gəldim.
Bizimkilərlə bir otaqda qaldım: sərhədçi, yanğınsöndürən, daxili qoşunlar veteranı və cinayətkar (onu dördüncü mövsümün ortalarında Saratov vilayətində doğradılar); Çarpayım girişlə üzbəüz soyuq divarın dibində idi. İncimədim, sonuncu gəlmişdim axı.
Oxumadıq, imtahanlarda sağlamlığı zəif, yaxınları xəstə və ölmüş, əyalət mənşəli və kişiliyi olan (hamıda yox idi), vəhşi kimi güclü müəllimlərin ürəyini yumşaldaraq, əlaçı tələbələrdən köçürdük. Zəngli saatları quranlardan və konspekt yazanlardan fərqli olaraq vəzifəmizi, daha doğrusu, həyatı düzgün başa düşdük.