səyyah əsaya söykənib çay yatağında...
* * *
səyyah əsaya söykənib çay yatağında
başı üstə yaz arıları söyüd budağında
görünməz simalar üfürür buludları bir küncə
lacivərd bir günbəz yaranır üfüqdəcə
kətan sahəsi və kilsə meynə — sarmaşıqlı
zamanın orta əsrləri vaxtın günortası
narın-narın səpələnmiş zağcaların mənzərəsi
yaxud adamların qabaqda at sürür bircəsi
soldakı üzümlü yamacdan əhlilləşmiş dağ keçisi
yüyürür ona tərəf və qız yelləyir əlini sülh elçisi
kətan alışaraq mavi alova bürüyəcək asimanı
əyridir əsa və ölümdür səyyahın adı ünvanı
papağın üstündə axır saçı salxım söyüdlərin
xorla oxuyur adamlar duyulmur alqış səsləri öyüdləri
qıvraq söyüd-qız və üzümlükdəki dağ keçisi
uzun bir küləyin üzüdü qolsuz bir şəklidir keçici
əyilmiş qızılı şəfəqlər eşşəkarısının nəğməsi altda
səyyah dayanıb tamaşa edir çaya otlaqdan
bədənsiz üzlər və gözü dərisi olmayan vücud
içiboş plaşda yoxdu amma var amma mövcud
rahib göyə açır əllərini kilsənin bətnində
dua oxuyur uşaqlıqdan qorxduğu tanrı-cinə
onunçün fanidi bu həyat və tanrı yoxdur
qız daha heç cür keçə bilməz çayı qorxur
yazın bütün arıları və buludlu üzləri
bu işıq daşın daş kimi yuxusuna daha tez girir
yapışqanlı gildə alışır yalnız mavi odla qıvraq
yandırır gecəni cinlərdən yoxdu səs-soraq
təkcə kimya zamanı udur lay lay
qız əl yelləyir təpədən dağ keçisi gərilir sanki yay