sənin rahatlığın kimi...
* * *
1
sənin rahatlığın kimi
komam durur çıraq yanır
yanmır damcısı yandırır
yaxır danışır
özüm özümü boşluqdan
alıb ardıma baxıram
yanmır damcısı yandırır
yalan danışır
uzaq tənha bir adada
və çatlamış dabanlardan
cərəyan keçmir içində
laxtalanmış qandır
deyir ki mən yaşamıram
sizə arxayam dayağam
içimdəki cərəyana arxayınam
gedirəm tək pənahımdı
gedirəm rəqslərdəki kimi
nifrətlə baxan gözlərə
qaynar-qaynar ləkələrə
çuxura və sairə
o rəqsdi qaranquş kimi
ölü qaranquş dimdiyindəki
qaynar-qaynar ləkələrlə
belə kor dumanda
hamı rəqs edir rəqs ilə
uçur yaralı quş kimi
dimdiyində iniltisi
yarımçıq nəğmə tək.
elə bu cür ispanlarla
havaya qalxmaq istəyən
sınıq-salxaq nərdivanla
yığdıq yuxuları
2
bu gün qar bu gün onunla
yolda tufan kimi
onların arası ilə
keçirdi gözlərim
saxta iz kimi içimdə
müqəddəs yuxuda
yüyürdü illərdən
arasından illərin
dayaq boşluqlardan
xoşbəxtlik bədbəxtlik tra-lya-lya
yad adın altında
dilimdə dünyanın zəngi
dolayıram rejimi
ağlımı verib küləyə
sanki mənim deyil
tüstülənir silah kimi
axır heç nə kimi
sağ ol vaxtdı günümü al
sükut yerinə sən
ağ günün qara divarı
— bəs sən bəs sən bəs sən?
1
sənin rahatlığın kimi
komam durur çıraq yanır
yanmır damcısı yandırır
yaxır danışır
özüm özümü boşluqdan
alıb ardıma baxıram
yanmır damcısı yandırır
yalan danışır
uzaq tənha bir adada
və çatlamış dabanlardan
cərəyan keçmir içində
laxtalanmış qandır
deyir ki mən yaşamıram
sizə arxayam dayağam
içimdəki cərəyana arxayınam
gedirəm tək pənahımdı
gedirəm rəqslərdəki kimi
nifrətlə baxan gözlərə
qaynar-qaynar ləkələrə
çuxura və sairə
o rəqsdi qaranquş kimi
ölü qaranquş dimdiyindəki
qaynar-qaynar ləkələrlə
belə kor dumanda
hamı rəqs edir rəqs ilə
uçur yaralı quş kimi
dimdiyində iniltisi
yarımçıq nəğmə tək.
elə bu cür ispanlarla
havaya qalxmaq istəyən
sınıq-salxaq nərdivanla
yığdıq yuxuları
2
bu gün qar bu gün onunla
yolda tufan kimi
onların arası ilə
keçirdi gözlərim
saxta iz kimi içimdə
müqəddəs yuxuda
yüyürdü illərdən
arasından illərin
dayaq boşluqlardan
xoşbəxtlik bədbəxtlik tra-lya-lya
yad adın altında
dilimdə dünyanın zəngi
dolayıram rejimi
ağlımı verib küləyə
sanki mənim deyil
tüstülənir silah kimi
axır heç nə kimi
sağ ol vaxtdı günümü al
sükut yerinə sən
ağ günün qara divarı
— bəs sən bəs sən bəs sən?




