Sebastyan
Eynən bir görüş üçün gərgin, əyri yay kimi,
titrəyən bir ox kimi düşüb onun dalınca
pıçıldayır: “Əzaba deyiləm, Ata, asi:
Paraklet, bilirəm ki, sən çox əzab çəkirsən”.
Anbaan daha yaxın olur qəzəbli dəstə.
(Zenon, artıq bu məntiq xilas eləyə bilmir!)
Öz dünyəvi qəlbindən cücərib böyüyərək
ruh səmavi zenitə üzü doğru millənir.
Ətalətdə deyil ox, yox uçuşda dincəlmir,
(yaman yöndəmsiz idi eleatın bu fikri) —
əzabkeşi bükübdü ağappaq bir dəsmala,
bu Bakirə Məryəmdi, xilasdı fikri-zikri.
Şəffafdır o, hərçənd ki, zəif deyil, möhkəmdi.
An uzanır, yazılıb yüzillərin üzünə.
Müqəddəs də dayanıb, fikrini cəm edibdi,
bizə doğru boylanır, fanilərin üstünə.




