Yadlarla çox danışma, bu həyat yeganədi...

* * *

Yadlarla çox danışma, bu həyat yeganədi,
Mənsiz metroya düşmə, çox çətin zəmanədi.
Yol keçəndə diqqət et, lazımi yerdə də dur.
Çıxışa yaxın otur. Narahat olsan, zəng vur.

Şam, fənər var, işığa hamı qənaət edir,
Nəyin var, nəyin yoxdu, mütəmadi yoxla bir.
Zənglərimə cavab ver, ananam mən, naz etmə,
Bahalı paltonu da geyinib dərsə getmə.

Təhlükə varsa uzan, mütləq başını qoru.
Kimsədən çörək alma, sındırma ha qüruru.
Uçuş vaxtı diqqət et, başqa çamadan alma.
Nə yolunda getməsə, ləğv elə, çaşıb qalma.

Yol vermə eyni səhvə, üzmə dərin sularda.
Diqqətli keç: çuxurlar, quyular var yollarda.
Sənədlər və kibriti — hər vaxt tut oddan uzaq!
Sırsıralı yerlərdən keçəndə yuxarı bax.

Ehtiyat yığ, gizlin bir yer də düzəlt divarda.
Sülh ilə yaşasan da, bil ki, həm də süvarsan.
Arxandan gələn kimdir, hiss elə qabaqcadan,
Dünyaya övlad gətir, başqa yol yox, balacan.