Yuxunun davamı
Yadda saxlamaq mümkün deyil
amma yuxunun davamı
qırıq-qırıq da olsa
yada düşür
niyəsə naməlum yer
sanki sinif otağıdır
torbalar çiyin çantaları
necə gəldi atılıb
bir neçə tanış sima
dəqiq bilinmir
ya kişidir ya o kişiyə oxşayır
ya qadındır ya o qadına oxşayır.
sanki sənsən hardansa gəlmisən
ya odur hardansa gəlib bəlli deyil
naməlumluq
eyhamla dolu söhbət
siqaretin közü alışqanın çıqqıltısı
hərəkətlərin geri ardıcıllığı
sən sualı qabaqcadan anlayıb cavablandırırsan
xəbərləri alan kimi
qaşlarının arasını qaşıyırsan
söz də yoxdur əslində
yarımçıq kəlmələr
qırıq-qırıq sözlər
düşkünlük
amma yuxunun davamı
qırıq-qırıq da olsa
yada düşür
niyəsə naməlum yer
sanki sinif otağıdır
torbalar çiyin çantaları
necə gəldi atılıb
bir neçə tanış sima
dəqiq bilinmir
ya kişidir ya o kişiyə oxşayır
ya qadındır ya o qadına oxşayır.
sanki sənsən hardansa gəlmisən
ya odur hardansa gəlib bəlli deyil
naməlumluq
eyhamla dolu söhbət
siqaretin közü alışqanın çıqqıltısı
hərəkətlərin geri ardıcıllığı
sən sualı qabaqcadan anlayıb cavablandırırsan
xəbərləri alan kimi
qaşlarının arasını qaşıyırsan
söz də yoxdur əslində
yarımçıq kəlmələr
qırıq-qırıq sözlər
düşkünlük





