Bir transasiyalı yad şairin sözləri...
* * *
Bir transasiyalı yad şairin sözləri
tapanda Avropada gözlənilməz şöhrəti,
silinəcək nağıltək Sverdlovskun izləri,
bir də məktəb həyatı uzaq Vtorçermetin.
Bilmirəm ki, hayanda soyuyacaq azarım,
bürkülü Parisdəmi, ya ayazlı Londonda.
Bu zavallı nəşimi siz hökməndi basdırın
Sverdlovskun bir adsız, ucqar məzarlığında.
Yox, demirəm ki, uyğun deyil dəbdəbə mərdə,
ya təmtəraq, ya da ki, ustad şair üslubu.
Dövrəsində qızılgül, şəkilləri mərmərdə —
orda qaqaşlar yatır, dostlarım var, uyuyur.
Sakini qarı mavi, kükürdlü, bərk torpağın —
“Fəhlə-Gənclər” məzunu o üç almış uşaqlar,
başlarında qurğuşun, susublar “aşkarlığın”
qoçaq döyüşçüləri, yenə dərsdən qaçıblar.
Vtorçermet borusu qoy yenə də səs salsın,
Plastikpolimer də fit versin hirslə, kinlə.
Albomu açsın mənim olmayan qoy o qadın,
siqareti yandırsın susqun-susqun, təmkinlə.
Açıb mavi albomu çevirsin vərəqləri,
qoy görsün ki, doludur ümid ilə simamız.
Ən alçaq zir-zibili bu amansız yerlərin
sair və quldurlardı... və diriyik hamımız.





