Qayğıkeş dəri altında gərilirdi fəqərələr...

* * *

 Qayğıkeş dəri altında gərilirdi fəqərələr,
Çapdaydı təqvim sexində o gün iki rəqəmi.
“Həyat — sevgidən bəhs edir” — girişdə elan etdilər,
Və hər gün də böyüyürdü mənim yetişmiş bədənim.

 Damarında qaynayırdı qanı ərköyün körpənin,
Mamaça işgüzarlıqla sözünü deyən zamanda
Salamladı yeni günü mənim yöndəmsiz bədənim,
Sanki Çuquyev sakini durub Kursk vağzalında.

 Dirçəlirdi zəngin topraq hərbi viranəliklərdə,
Nevadan Balkanlaradək divar boyu keşikçilər.
Nə düşünürdüm, niyə mən keçirdim üstünlüyümdən
Peyğəmbərin səsi üçün bu əbədi kar ölkədə?

 Kənd-kənd, şəhər-şəhər gəzdim cənnət müjdəçisi kimi —
Ürəyimi bulandırdı sarayların da qaydası.
Necə qisas alırdım mən, qamçılayırdım nifrəti —
Ölüncə qovurdum sübhdə meydana, varmı faydası?!

 Çarxa bənzəyir bu dünya, qollarımız ona bağlı,
Su quyusunda ulduztək sevgidəndi bu həyat da.
Yüz-yüz dəli qatar keçir, platformada bağırıb
Kimiçün yaşayıram de, səsləynirəm bu vağzalda.