Qar atır narın, aram...
* * *
Qar atır narın, aram,
Astaca dolur barı.
Bapbalaca bir adam,
Bir də Qoqol bulvarı.
Əbədi tünlük yenə,
Yenə əbədi gənclik
Xanım gedir təkcənə,
Adamı yox hələlik!
Bapbalaca bir adam,
Və balaca məhəbbət.
Əsr də sərtdi yaman,
Verməz kimsəyə fürsət.
Gərək deyil ki, şinel,
Bir baxış bəs eləyər.
Onunku yalnız “Şanel”
Və bahalı geyimlər.
Qar atır narın, aram:
Qənd ağı, süd buxarı.
Bapbalaca bir adam,
Bir də Qoqol bulvarı.
Qar atır narın, aram,
Astaca dolur barı.
Bapbalaca bir adam,
Bir də Qoqol bulvarı.
Əbədi tünlük yenə,
Yenə əbədi gənclik
Xanım gedir təkcənə,
Adamı yox hələlik!
Bapbalaca bir adam,
Və balaca məhəbbət.
Əsr də sərtdi yaman,
Verməz kimsəyə fürsət.
Gərək deyil ki, şinel,
Bir baxış bəs eləyər.
Onunku yalnız “Şanel”
Və bahalı geyimlər.
Qar atır narın, aram:
Qənd ağı, süd buxarı.
Bapbalaca bir adam,
Bir də Qoqol bulvarı.





