Sən gəl zəhər eləmə keçmiş ilə ruhumu...
* * *
Sən gəl zəhər eləmə keçmiş ilə ruhumu
Keçmiş keçilib yoxdur
Zaman üzür elə bil qara şüyüd toxumu
Bu da nənəmin borşu
Ciddiyyətlə əlini silir öz önlüyünə
Nə baxırsan ye böyü
Mənsə tənha balaca gözlərimi döyürəm
Qaşıq ovcumdan böyük
Bu şorbanı doğrusu heç yemək istəmirəm
Mənimçün çoxdu bəs sən
Elə bil ki günəşdir doğub başımın üstə
Axıracan yeginən
Ye və qadın olmağı indidən öyrən bala
Mənim kiçik üsyanım
Yatır sərt qadağayla
Ye ki səni buraxım
Əyilirəm vəfayla bu boşqaba bu borşa
Yağ halqası üzündə
Ümidlər çıxır boşa
Bir uçurum təlaşı donur mənim gözümdə
Sən gəl zəhər eləmə keçmiş ilə ruhumu
Keçmiş keçilib yoxdur
Zaman üzür elə bil qara şüyüd toxumu
Bu da nənəmin borşu
Ciddiyyətlə əlini silir öz önlüyünə
Nə baxırsan ye böyü
Mənsə tənha balaca gözlərimi döyürəm
Qaşıq ovcumdan böyük
Bu şorbanı doğrusu heç yemək istəmirəm
Mənimçün çoxdu bəs sən
Elə bil ki günəşdir doğub başımın üstə
Axıracan yeginən
Ye və qadın olmağı indidən öyrən bala
Mənim kiçik üsyanım
Yatır sərt qadağayla
Ye ki səni buraxım
Əyilirəm vəfayla bu boşqaba bu borşa
Yağ halqası üzündə
Ümidlər çıxır boşa
Bir uçurum təlaşı donur mənim gözümdə




