Doymaq deyil, ləzzətdən...
* * *
Doymaq deyil, ləzzətdən
dörd əsrdi vurur dəm
fransız gündüz-gecə,
hey yırtır boğazını –
kasıbın ac qarnını
hikmət doyursun necə?!
Kasad yeməyi görməz,
kasıb hər şeyi yeməz —
onunku bol-bol sıyıq —
qoy yesin, kəssin qarnı
səsini, ağrısını;
xoşbəxtlik-dolu tuluq!
Söz ustası o kəsdir
qarnı dolu, əbəsdir
qalan hər şey doğrusu;
nə çıxsa qoy ortaya —
qurban olum sobaya,
cuşa gətirir rusu!
Doymaq deyil, ləzzətdən
dörd əsrdi vurur dəm
fransız gündüz-gecə,
hey yırtır boğazını –
kasıbın ac qarnını
hikmət doyursun necə?!
Kasad yeməyi görməz,
kasıb hər şeyi yeməz —
onunku bol-bol sıyıq —
qoy yesin, kəssin qarnı
səsini, ağrısını;
xoşbəxtlik-dolu tuluq!
Söz ustası o kəsdir
qarnı dolu, əbəsdir
qalan hər şey doğrusu;
nə çıxsa qoy ortaya —
qurban olum sobaya,
cuşa gətirir rusu!



