Damların, damların, damların üstündə...
* * *
Damların, damların, damların üstündə
asılıb masmavi buludlar —
tək onlar qalacaq, qoy yüz il ötsün də,
umud var, umud var, umud var.
O buxar qalacaq yalnız, o ağ iz
daşdan, qəmbərdən yuxarı.
Ölmərik, itmərik, möhkəmdir qəlbimiz,
həm də ki mərmərdən yuxadı.
Eybi yox, dağılsın qoy evim-ocağım,
pozulsun bu fani həndəsə.
Buraxma əlimi heç vədə, dodağım
quruyub, versənə bir busə.
İşdir ayrılsaq, sevgilim, sən apar
qanadın üstündə buludu.
Qoy uçsun mavidə o ağ iz, o buxar,
qoy qalsın səninlə umudum.
Damların, damların, damların üstündə
asılıb masmavi buludlar —
tək onlar qalacaq, qoy yüz il ötsün də,
umud var, umud var, umud var.
O buxar qalacaq yalnız, o ağ iz
daşdan, qəmbərdən yuxarı.
Ölmərik, itmərik, möhkəmdir qəlbimiz,
həm də ki mərmərdən yuxadı.
Eybi yox, dağılsın qoy evim-ocağım,
pozulsun bu fani həndəsə.
Buraxma əlimi heç vədə, dodağım
quruyub, versənə bir busə.
İşdir ayrılsaq, sevgilim, sən apar
qanadın üstündə buludu.
Qoy uçsun mavidə o ağ iz, o buxar,
qoy qalsın səninlə umudum.





