Mart
Formasız bir cüt ləkə, sarı, tutqun boya-saf,
firuzəyi xətlərin kənarı pas rəngində.
Çəhrayılı cüt yaxma və nəhayət avtoqraf,
dikdaban imzalamış, izi qalıbdı gildə.
Nə işığı düz gəlir, nə həcmi düz vermişəm,
uzaqdan baxınca da kaldır rənglər, təmaslar.
Başmaqların yerini bəlkə çuxur bilmişəm,
qar kimidir, gümüşü, çoxdur tonal nüanslar.
Bu relyefdə topa qar, öz doğma ağlığında,
bir az mavilik qatsan, bir az qurum, his, duda —
yanında qarışqalar, izlərindən naxışlar —
gözəl bir görüntüdür, təxmin edilir bu da.
Mismara kölgə verdik, sonra su sıçrantısı,
dalğa çəkdik, rənglərə bu canlılıq yaraşdı.
Zolaqlar arasında göründü bir möcüzə,
bir də bu görüntüyə polad papaq yapışdı.
Plitələrlə üzlənmiş — nəhəng, geniş lay divar.
qorxa-qorxa toxundum, köhnədir çərçivələr.
Navalçanın pas suyu, pəncərənin mərməri,
mavi çatlardan çıxır hörümçəklər, güvələr.
Şəlalə qataq bura, öz fərqli rəngləriylə,
yaxınlıqda çəllək var, bir neçə yerdən dəlik.
Şırnaqlar əyri-üyrü, bunu da ver, qaldı nə —
daşlıq ilə çınqıllıq arasında incəlik.
Gilli palçıqlı qarda, indi və burda həyat
bu gördüyüm hər şeyi xatirəyə çevirir.
De nədir bu faktura, rəng də uğursuz, heyhat,
dünya bizə uzaqdan daha aydın səslənir.
Nə qədər uzaqdırsa, təhlükə çoxdur amma,
bir sonrakı işlərə formasızlıq gətirər.
İşıq itir və sönür, kölgələrə aldanma,
belə də əl yaddaşın gözüylə görər, çəkər.
Bəs bu iki rəsmdən hansı daha realdır?
Bu günümüz kor imiş, gələcək ayıq-sayıq.
Ardını gözlər çəkər, ləkələri — çəhrayı...
Nədir bu: konfet qabı, sancaq, atılmış yaylıq?