Xain çay buz bağladı, ayaqlarım qorxudan bir-birinə dolaşdı...
* * *
Xain çay buz bağladı, ayaqlarım qorxudan bir-birinə dolaşdı.
Xoşbəxtlik dinc durmadı, məni elə hey qovub, zülmət elə apardı.
Bu necə olur axı? Anlamıram məğzini bu sirli yeniliyin,
Yumulur göz qapağım, gözlərimi açıram, bilmirəm, kiməm, deyin.
Yoxa çıxır qəfildən quşarmudu, qayıqlar, qumotu, torpaq... yoxdu...
Elə bil ki filmdən kimsə kəsib götürüb ən vacib epizodu.
Qonşular da şahiddi. Önündə maşınların, adamların, itlərin
Bu dünya hara getdi, nə səhər o səhərdi, nə də o axşam həmin.
Necə sakit qalasan, narahat olmayasan? Top kimi atılırsan o tərəf bu tərəfə,
Elə bil ki hardasa yarpaqlar səs-küy salır, izlənirsən hər dəfə.
Şimşəklər, canavarlar, atlar, bütün düşmənlər birləşib olub bir can,
Bundan o yana nə var — gözlərini Volqada açarsan ki, batırsan.
İlahi, nədir axı, bu yarğanlar, buzlaqlar, bu əlçatmaz zirvələr,
Elə bil ki ardında ən vacib epizodu kəsiblər, götürüblər.