Mənzilimiz doludur qonaqla...
* * *
Mənzilimiz doludur qonaqla,
anamın əynində xal-xal paltar var.
Yaxşılara və çox yaxşılara
bölünürlər bütün böyük uşaqlar.
Qədəh cingiltisi, şəndir hamı,
atam tüstülədir siqaretini.
Nyu-York gözləyir bax bu adamı,
təkərin altı o birini.
Payız qüssəsi çökür otağa,
bitir zarafatlar, sağlıqlar.
Birisi xərçəngə tutulacaq,
o biri olacaq ağlından.
Qəfil işıqlar sönür otaqda,
üzləri bürüyür qaranlıq zülmət.
Dəhlizdə uzanır ayrılıqlar
heç inanmazsınız, otuz ilədək.
Necə ki, indi də uzanır vida,
baş dazlaşır, əyilirsə də belimiz
yenə gəlib durun qapıda...
Axı hamınız xoşbəxt və dirisiniz.
Mənzilimiz doludur qonaqla,
anamın əynində xal-xal paltar var.
Yaxşılara və çox yaxşılara
bölünürlər bütün böyük uşaqlar.
Qədəh cingiltisi, şəndir hamı,
atam tüstülədir siqaretini.
Nyu-York gözləyir bax bu adamı,
təkərin altı o birini.
Payız qüssəsi çökür otağa,
bitir zarafatlar, sağlıqlar.
Birisi xərçəngə tutulacaq,
o biri olacaq ağlından.
Qəfil işıqlar sönür otaqda,
üzləri bürüyür qaranlıq zülmət.
Dəhlizdə uzanır ayrılıqlar
heç inanmazsınız, otuz ilədək.
Necə ki, indi də uzanır vida,
baş dazlaşır, əyilirsə də belimiz
yenə gəlib durun qapıda...
Axı hamınız xoşbəxt və dirisiniz.





