Qoru, mənim sevincim, qara günlərə qədər...
* * *
A. R.
Qoru, mənim sevincim, qara günlərə qədər
noyabr səhərinin şaxtalı dan yerini,
yenilmiş bayraqların ipəyində nəmi var,
xəstə yataqlarının laxtalı qan yerini,
buzlu üşütməsini sən ayrılıq dəminin,
qulaq ver son qatarın ləngərinə, səsinə.
Mənim dualarımı o xilas gəmisinin
nə qədər sel gəlməyib, götür göyərtəsinə,
götür, uğur gətirər tutub əlindən sənin —
qeybin prelüdüdü, dilsiz nəğmədir, inci,
sərin yelidir, gülüm, sirli bir yelçəkənin,
götür, karına gələr, götür, mənim sevincim.