Dedi, bu verdiklərin səndən gəlirsə, sağ ol...

* * *

 Dedi, bu verdiklərin səndən gəlirsə, sağ ol.
Çalışacam hər şeyi geri qaytarım bol-bol.
Hər şey ilahidəndir. Bu sətirlər nədir ki?!
Övlad da bəxş etmisən bu bəşərə arabir.

 Bu bəndəni tezliklə göndərəcəm məbədə,
Qəbul et bu istəyi, böyüt öz əllərində.
Üzü gülsün, sonra da xidmət etsin səmimi,
Səmada dövrə vurub uçan göyərçin kimi.

 Yürüş başlar ulaqla*, hazırlanır siyahı.
Yuxum da alovlanır, “verəcəm!” — dedin, axı.
Sanki edam şahidim ulduzlar göydən baxır,
Bir cəzanı gözləmək onun özündən ağır.

 Başımı qaldıraraq xırıldadım göylərə,
İlahi, rəhmin gəlsin, düçar oldum nələrə.
Görən necədir sənin iki cahan cənnətin?
Varmı bir az möhlətim?

 ...O gözlədi zamanı, gəlib varını alar,
Budur, izdiham gedir, açılıb darvazalar.
Endirirlər nəşini, torpaq cismini udur,
O isə donub qalıb, baxır və təslim olmur.


* Ulaq yürüşü — Rusiya dövlətində baş tutan və İsa Məsihin Yerusəlimə eşşəklə daxil olmasını simvollaşdıran pravoslav ayini.