Çaydandan gələn səs
Kimsə onu bərk-bərk silkələyirdi. Amma gözlərini açmaq istəmirdi. Hə. Dostlarla dünənki yeyib-içmək məclisi gözlənilməz sonluala bitdi. Təəssüf ki, belə bir şey, artıq baş verib. Yenə hara gəlib çıxıb? Evdə çoxdandır heç kim onu silkələmirdi.
Göz qapaqları çətinliklə aralandı. Belə-ə! Gözlərini açmasaydı, daha yaxşı olardı. Düz başı üstündən bir zənci sifəti asılmışdı. Təkcə bu olsaydı, dərd yarıydı, zəncilərə indi bizim küçələrdə də rast gəlinir. Ancaq bunun başında üzərində “New York City” yazılmış kokardalı papaq vardı. Eyni yazı, ancaq daha böyük hərflərlə köynəyinin yaxasında da vardı.
Hə. Çatdıq! O, həyatı boyu dəfələrlə cəncələ düşüb, ancaq həmişə də çıxıb. Doğrudur, məsələn, Liteynıdakı Zabitlər Evinin kafesində pivə parçını ağzına aparıb, demək olar ki, bir an sonra Nyu-Yorkda ayılmaq kimi hadisə əvvəllər heç vaxt başına gəlməyib. Əvvəlcə vəziyyəti ayıq şəkildə aydınlaşdırmaq lazımdır, hərçənd, ayıqlıq deyəsən gərginləşmişdi. Kürəyi uyuşmuşdu, elə bil nəsə soxurdular. Dikəlib ətrafa boylandı. Geniş və kələkötür pillədə uzanıb, arxasını o biri pilləyə söykəmişdi. Yuxarıda möhtəşəm boz bina yüksəlirdi. Fırlanan şüşəli qapıdan mədəni görkəmli adamlar girib-çıxırdılar.
— Şükür ki, heç olmasa abırlı yerdəyəm! — gülümsəyərək düşündü. Deməli, hörmət edirlər. Bəs kim? “Patriot” barında ofisiantla nə danışdığını yaxşı xatırlayırdı. Nyu Yorku sifariş verməmişdi.
— Can I help you? — polis soruşdu.
Onun ingiliscə danışması Sidorovun nəfəsini tam kəsdi. Hərçənd, başqa nəyəsə ümid etmək də axmaqlıq idi. Amma nədənsə ümid edirdi. Bu yaxşı oğlandan onu Liteinıdakı Zabitlər Evinə aparmağı xahiş etsinmi? Yanlış başa düşəcək.
Nə isə! Hər halda məni zibil qutusuna atmayıblar! Deməli, az da olsa dəyər veriblər! Qara dərili dostuma bunu hiss etdirmək lazımdır. O, qətiyyətlə ayağa qalxdı, polisə gülümsədi: fikrə getdi, yəni olur da! Ona xoş bir söz demək də olardı, amma kim bilir: bəlkə də, ləhcəsi şübhə doğurar. Yox! Özümüzü ələ alırıq! Pillələri sərbəst addımlarla aşağı düşdü. İndi də sərbəst şəkildə bir yerə getmək lazımdır. Sağa, yoxsa sola? Piterdə bunu dəqiq bilərdi.
Amma burada özünü itirdi. Antarktikada kirşə qatarı “Mirnı” və “Vostok” stansiyaları arasında ilişib qalanda ölüm daha yaxın idi. Amma nədənsə daha sakit idi. Ölmək başqadır, rüsvay olmaq başqa. Bu “çistoqan şəhəri”ndə (hələ məktəbdə oxuyarkən onu belə adlandırırdılar) özünü rüsvay etmək istəmirdi. Özününkülərin arasında olmaq ayrı şeydir.
Pilləkənlər hər iki ucunda qüdrətli aslanlar oturan hündür məhəccərlə əhatə olunmuşdu. Sol aslanın yanında cır-cındır içində olan saç-saqqal basmış bir qoca ayağını ayağının üstünə aşıraraq arxayın uzanmışdı. “Deyəsən, yaxın gələcəkdə mən də belə olacağam”, — beynindən keçdi. Bu səfil polisi nədənsə narahat etmirdi, o, gözünü Sidorovdan çəkmirdi.
“Sekond hənd”dən cins şalvar, süni dəridən gödəkçə, keçəl baş. Nəyi pisdir? — Hətta bir az incidi də. — Yaxşı, bəsdir! Özümə gəldim! — özünü düzəltdi. — Gəlin araşdıraq! Yəqin ki, məlumat üçün bu polisə müraciət etməyə dəyməz. — Artıq beyni aydın işləyirdi. Başqa yolla gedək.
O, qorxmağa öyrəşməyib. Gənclik dostları ilə birlikdə payızın iliyə işləyən soyuğunda deşik qayıqda Ladoganı keçib, ancaq yalnız bir istiqamətdə: geri dönərkən “boğulmalı” olub. “Ob” dizelelektroxodunda heç kəsin köməyə gələ bilməyəcəyi yerdə — buzlaqların arasında qalıb. Amma vəziyyətdən çıxdıq! Bir dəfə ezamiyyətdə olarkən dostlarıyla mübahisə etdi ki, yarım saata bütün Moskvanı diaqonal boyu keçib, şəhərin o başındakı ortaq rəfiqələrinin mənzilində telefonun dəstəyini qaldıra bilər. Bunu necə etdiyini xatırlamırdı, amma ora tam telefon zəng çalan anda çatdı və dəstəyə “sizi nə qədər gözləmək olar! — cavabını verdi.
İndi də bu “qoçaqlıq” onu Nyu Yorka gətirmişdi. Düzdür, bu artıq “pensioner qoçaqlığı” idi və bu miqyasda sınağa o qədər də yaramırdı. Dostların bəzən dediyi kimi, axmaqlığına haqq qazandırmaq üçün “özündən çıxıb”. Ancaq keşməkeşli həyatdan, həyat yoldaşının və iki ən yaxşı dostunun ölümündən sonra “qəfil işsiz qaldı”. İndi İnternet vasitəsilə bu beynəlxalq “adventures” (ciddi dostların zarafatla dediyi kimi, “başabəla macəra”) realiti-şousuna ilişmiş və onların zarafatı özünü bir anda doğrultmuşdu. Nə sifariş etdiyim yadımdadır, hesabı necə ödədiyim isə yox. İndi hesabı burada ödəyirəm.
Dönüb baxdı. Polis gözlərini ondan çəkmirdi! Yəqin vurulub. Sidorov ona əl yelləyib, məhəccərdən düşdü. Görək cibimizdə nə qədər pul var... Məlum oldu ki, bir rublu da yoxdur. Hərçənd, rubl da hələ ki özünü hər yerdə qəbul ediləcək dərəcədə təsdiqləməyib. Hər halda, Nyu-Yorkda, görünür, hələ ki onu qəbul etmirlər... Odur ki, narahat olma... Maraqlıdır, bu “başabəla macəraçılar” bununla nə demək istəyirdilər? O hoqqabazları canlı olaraq bircə dəfə görmüşdü, o da başçılarını yox, müvəqqəti işə götürülmüş ikinci dərəcəliləri. Onlar özlərini gənclərin dediyi kimi, “zor” və “bomba” top-menecerlər kimi göstərsələr də, gördükləri iş barədə zəif təsəvvürə malik idilər. Hadisə dar Qalernaya küçəsində, hansısa qrafın keçmişdə mədəniyyət evi olan tökülmüş malikanəsində baş vermişdi. İndi bura allah bilir nə idi. Yeri gəlmişkən, rəngarəng elandan və ekstravaqant auditoriyadan bilinirdi ki, burada paralel olaraq cinsi azlıqların festivalı keçirilir. Macəraçılar əmin edirdilər ki, onların bu festivalla heç bir əlaqəsi yoxdur. “Macəra axtaranların” toplaşdığı zalda gənc və gözəllərin çox olması təəccüblü idi. Onların yaşında olsaydı, heç bir dəllala müraciət etməz, nə edəcəyini bilərdi! Ah, gənclik!
— Zəhmət olmasa, anketi doldurun və iyirmi altıncı bəndin “d” qrafasında hansı arzularınızı həyata keçirmək istədiyinizi qeyd edin! — Səhnədən dedilər.
— Əvvəlki müştərilərin arzularını oxuya bilərsiniz? — eynəkli arıq kişi zaldan dedi.
— Hə, hə! — publika onu alqışladı.
Vəssalam! Sidorov qəfil ayağa qalxdı. Əgər insanlar arzularını hazır siyahıdan götürürlərsə, onun burada işi yoxdur.
— Siz bizi tərk edirsimiz? — top-menecer səhnədən cəld soruşdu. Bəlkə də, onun azlıqlarla heç bir əlaqəsi yox idi, onda niyə yerkökü rəngdə boyanmışdı?
— Tərk edirəm. Heç bir etirazım yoxdur... sadəcə vaxtla bağlı çətinliyim var.
— Onda bəlkə arzunuzu şifahi deyəsiniz?
Arzusunu! Bəlkə də bütün arzuları çoxdan gerçəkləşib, həm də çox gözəl.
— Arzumu?.. — O hər halda dayandı. — İlk məhəbbətimə rast gəlmək istəyirəm! Yəni əvvəllər olana.
— Əminsiniz ki...
— Onun sağ olduğuna? — Sidorov fikri göydə tutdu.
— Bəli... — “yerkökü” utanaraq dedi.
— Sağdır. Ancaq təəssüf ki, Nyu Yorkda yaşayır!
Bu da nəıticə! Bilsəydim belə olacaq, heç deməzdim... Hərçənd, “why not”? İngiliscəmizi yoxlayaq! Ancaq yoxlayası olmadı.
— Yerli? — birdən yanında eşitdi.
— Nə? — Sidorov dönüb baxdı.
Mayka və şort geyinmiş yaşlı kök kişiydi. Amma Nevski prospektində yaşlı kşilər belə gəzmirlər... hələlik.
— Hardan tanıdın? — Sidorov soruşdu. Belə hallarda ruslar həmişə inciyir.
— Gözlərindən, başqa nə cür ola bilər! — yerlisi sevindi. — Deyəsən, möhkəm vurmusan. — O, ana dilindən açıq-aşkar ləzzət alırdı.
— Hə... Həm də elə möhkəm ki, sənin yuxuna da girməz!
Sidorov hesab edirdi ki, əyyaşlıq ən vəfalı mövzudur.
— Niyə “girmir ki”? Olub! — o incidi. — Sən niyə belə dilxorsan?
— Heç olmasa, zəng vurardım... Amma bir qəpik yoxdur.
— Tünd oldu! — təzə dost ehtiramla dedi. — Heç olmasa, nömrə yadındadır?
— Yadımdadır! — Sidorov qəfil dedi və diksindi. — Görünür, beyni üzərində də işləmişdilər: telefon nömrəsi dərhal yadına düşdü, halbuki bu nömrəyə heç vaxt zəng vurmamış, onu əzbərləməmişdi. Sadəcə, bircə dəfə eşitmişdi. Təsadüf idi? Belə çıxır ki, təsadüfi deyil! Deməli, onu əməlli-başlı “idarə edirlər”.
— Keç görüm! — təzə dostu dedi.
Onlar telefon köşkünə girdilər. Burada heybətli bir telefon asılmışdı. Sidorov heyrətini çox çətinliklə gizlətdi. Bir neçə düzüm hərf və rəqəmlərdən ibarət nəhəng aparat idi. Buna söyüş də çatdırmaq olmazdı!
— Hə, — yerlisinin, deyəsən, hövsələsi daraldı.
— Yeddi yüz on səkkiz ... — Sidorov ilk rəqəmləri dedi.
— Oho... Yuxarı eşelon! Yaxşı yerdə yaşayırıq!
Bunu eşitmək xoş idi.
— Rezidentdir? — yerlisi göz vurdu.
Bircə bu çatışmırdı! Ancaq Sidorovun ağlına cavab olaraq gözünü qırpmaqdan yaxşı bir şey gəlmədi.
— Sonra.
Sidorov yeddi rəqəmi də əminliklə söylədi.
— Bəs... bunlar? — Barmaqlarını ovuşdurdu. — Aparata salmaq lazımdır?
— Hə-ə. Sən doğrudan da paraşütlə düşmüsən!.. Al dəstəyi. “Kollekt” deyərsən. Sonra özünü təqdim elə. Abunəçinin hesabına danışarsan. Təbii ki, istəsə.
“İstəyəcəkmi?! — beynindən keçdi — Biz artıq çoxdan... yaraşıqlı deyilik”.
Köşk isti idi. Onu yapışqan tər basmışdı. Dəstəkdən kobud qadın səsi eşidildi. Yox, bu sürəti o tuta bilməyəcək! “Kollekt!” — birtəhər kəkələdi. Qadın susdu. Sonra yenə nəsə üyütdü. Sanki başına döyəclədi!
— Hə, özünü təqdim elə! — təzə dostu dedi.
— Mister Sidorofff! — soyadı üç “f” ilə nədənsə daha sanballı səsləndi.
— Yaxşı, işində ol! — Yerlisi onun çiyninə şappıldadıb çölə çıxdı.
Yarıqdan soba istisi vururdu. Bunlarda beləymiş! Oktyabr ayında günəş qovurur! Tər sel kimi axırdı. O heç vaxt olmadığı qədər qorxurdu və indi Antarktidada batıb qalmaq daha yaxşı olardı. Dəstəkdə uğultu və gurultu var idi və heç vaxt bundan yaxşı musiqi eşitməmişdi. Kaş ki, əbədi davam edəydi!
— Eşidirəm, — qadın səsi rusca dedi.
Deməli, başa düşdü... Əsl vurmaq dəmidir!
— Salam, — o xırıldadı.
Köşkdən taqətsiz halda çıxdı. Xoşbəxtlikdən təzə dostu onu qamarladı.
— Nooldu?
— Gələcək.
— Nə danışırsan! Demək, sevir.
Ancaq o buna əmin deyildi.
— Sən belə elə... bir yerdə dayanma. Hərəkət elə. Burada azadlıq olsa da, gözə girməsən yaxşıdır! Kef elə!
Birinci və görünür, sonuncu amerikalı dostu özünü kütləyə pərçimlədi. Yerlisi ilə yaxşı vurar, ürəyini açar, yaxasını cırardı. Amma atıb getdi. Burada onlar hamısı belədir! Nədənsə birdəfəlik əl çəkdi. Ancaq gəzmək yox, yenidən pilləkənə yıxılmaq istəyirdi! Amma bu, İranın xoşuna gəlməz! Görəsən, indi necədir? Otuz ildir görüşmürlər.
Ancaq səs birtəhər idi! Eyni ürkək səs, cümlənin sonunda sanki boğulur. Amma o, ürkək deyildi!
Birdən gözləri yaşardı. Deyəsən, tamamilə zəifləmişdi. Gözləri qamaşdıran Kavqolovski qarı yağmağa başladı. Ayaq ləpirlərin yaratdığı uçurumlarda mavi işıq vardı. Son dərəcə zərif İra, uzun qalın sviterdə idi (dostum Petka vermişdi!). Sidorov onunla stansiyaya gedirdi — və təbiət sanki gizlicə deyirdi: “Nahaq gedirsən!” Göz yaşları hələ də axırdı. Sanki parıltıdan idi, ətrafda hər şey parıldayırdı: yamaclar, buz lülələri, şamların pəncələri. İra da işıq saçırdı!
Hər şeyi dostuna saxladı! Bircə günlük! Axşam Petkaya rast gəldi: “Bağışla, qoca!”
(O indi qocadır. Amma o vaxt qoca deyildi.)
Nəsə yaxşı olmadı. “Mən vicdanla müqavimət göstərdim. Düz yarım saat”. O hələ də gülümsəyirdi! Utancaqlığı fonunda qəfil kobud davranışları adamı üzürdü. Hətta «dostum» Petka da çox narahat idi, ya da vicdanı özünü belə göstərməyə vadar edirdi! “Gəlin baş verənləri faciəvi səhv hesab edək!” “Gəlin ... Amma mənim səhvim!” — Sidorov mızıldandı. Və tramplinin enişində kirayə etdikləri daxmadan əbədi ayrıldı. Xışıltıya ayıldıq: “Şşş!”, “Şşş”... Artıq tramplindən “ilk qaranquşlar” uçurdular. Otuz il əvvəl və budur qəfil qayıtdı! Göz yaşları eynilə o vaxtkı kimi axırdı. Neyləmək olar, o məhz bu İranı sevmişdi. Onda bütün gecəni stansiyada oturmuşdu. Səhərə yaxın mürgüləmiş, az qala birinci elektrik qatarını buraxmışdı: əllərimi salıb qapıları aça bildim. Qatar artıq tərpənmişdi, təkərlərin altına düşüb ölə bilərdi, amma bu onu qorxutmadı, hətta sevindirirdi!
Qalan yalnız küncləri əzik fotoşəkil idi: onlar qarda daxmanın yanında dayanıblar və İra alçaq damdan sallanan buz lülələrini üfürür. Buz lülələri elə parıldayır ki, sanki “şişirlər”, əyilirlər. Onları, təbii ki, donarkən külək əyib, amma şəkil əladır. “Sevgi möcüzəsi”.
Hər şeyin bitdiyini düşünürdü. Ancaq isinişmə oldu, bəzi ümumi işlər başladı və birdən Petka Nyu Yorkdan peyda oldu. İlk olaraq onu dedi ki, İra onu da ataraq, bir mulat rəssama ərə gedib! Sanki şad xəbər verdi! “İçək, dostum, ümumi sevgimizin şərəfinə içək!” Petka da dəyişmişdi. Söyüşlə danışırdı. Sidorovun yaşadığı, pəncərələri tramvay parkına baxan həmin mənzildə keçmişi xatırladılar.
— İra ona da atdı! — Nədənsə sevincək qışqırdı. Amma qəm-kədər keçib getdi, təkcə sevgi qaldı... Üstəgəl yüksək qan təzyiqi!.
Gözləməkdən yoruldu! Qarşısında var-gəl etdiyi bina kitabxanaya oxşayırdı. Ona elə belə də demişdi: “...şirlər var”. O, kifayət qədər kitabxana görüb! İnstitut, aspirantura illəri, müdafiə dövrü — hamısı kitabxanalarda keçib, ona görə də bu müəssisəni tanımaq çətin deyildi... Polis gözünü ondan çəkmirdi! Bir şey narahat etmirdi: casuslar özlərini belə aparmırlar. Deməli, o, casus deyil. Ancaq yenə də: pasport, viza, o hoqqabazların onu bura atanda düşünməli olduğu digər xırda şeylər.
— Dayanın! — o vaxt “sevgi” sözünü dilinə gətirən kimi, “yerkökü” qışqırmışdı. — Siz qalib gəldiniz.
— Nə olsun ki?
— Arzunuz gerçəkləşəcək.
— Haçan?
— Bu bizim kiçik sirrimizdir! — “Kiçik sirrə” bax! — Hələliksə, — hoqqabaz davam etdi, — priz alacaqsınız! Qiymətli hədiyyədir. Quruldayan çaydan! — o, qutunu uzatdı.
— Necə yəni? — Sidorov təəccübləndi. Sanki texniki yeniliklərlə onu təəccübləndirmək mümkün deyildi. “Vətən Qalxanı”ndan mətbəx əşyaları düzəltmişdi, amma “quruldayan” eşitməmişdi.
— Sağlıqla işlədin!
Bu məmulatı tullamaq istədi... Ancaq həyatını dəyişəcəyinə qəribə bir ümid edərək saxladı. Və yanılmadı. Çaydan quruldayaraq qəflətən “Bükülmə!” deyəndə Sidorov qəzəblə bağırdı: “Nə-ə?!” Bircə çaydanların ona yol göstərməyi qalmışdı! “İlk sevginlə görüşməyi arzulayırsansa, özünü ləyaqətli apar və ələ al!” — bu çıxan buxarın fiti kimi səslənirdi. Çox qəribə leksikondur. Bunları harada öyrədirlər? Sidorov mətbəxdə o yan-bu yana qaçdı. Be-lə-ə! Əcəb məsləhətçi dost tapdım! “Kaş ki, belə dostlar çox olaydı!..” — ifadənin davamı təəssüf ki, ədəbsizdir. Burada çaydan adi fit çaldı. Çay süfrəsi də heç bir təhlükə yaratmırdı. Düşünmək vaxtıdır. Aydındır ki, “oyun” başlayıb və təlimatlar çaydandan gələcək. On il əvvəl kim bunu ona deyərdi! Ancaq bir halda ki, artıq “yazılıb”, nə edə bilər? Ömür keçib. Yan keçməsə də, keçib. Yeni bir şey nəylə sevindirəcək?
Çaydan sanki sakitləşdi, başa düşdü ki, yanlış adama rast gəlib, səhərlər ciddi tərzdə hava haqqında xəbər verdi, sonra qəflətən Çexovun “Kaştanka” hekayəsini ürəkdən oxudu. Ümumiyyətlə — “sürtündü”. Görəsən, onu düzəldənlər nəyə hesablamışdılar? Yəni indi hər kəs “ağıllı çaydanlar” almağa cumacaq? Yoxsa nə? Yeri gəlmişkən, bəs bu “ilk sevgi” haradadır?
Aman Tanrım! O gəlir! Və heç nə olmamış kimi qapıdan əl yelləyir: min görək!
— Demək, Nyu Yorkdayam, hə?! — indiyə qədər burada olmamış Sidorov özünü saxlaya bilmədi.
— Yaxşı ki, səni indi sizdə dəbdə olduğu kimi vəhşi adaya atmayıblar! — o güldü.
Sidorov qəfil ona tərəf döndü: “Deməli, məsələdən xəbərin var, qoca qarı!” Başında tanış olmayan boz kirpi, amma üzü ... daha da yaxşılaşmışdı! “Tatar nənəm mənə nadir hallarda hədiyyə verərdi”, — o, “iynəli” sözləri udaraq dedi... Qabarıq almacıq sümüklərindən və küncləri yuxarı gözlərindən savayı heç bir hədiyyə verməyib. Bir də azacıq əyri “kovboy” ayaqları. Ayaqqabılardan çıxarıb pedallara basdı. Maraqlısı oydu ki, indi az-maz mulat olmuşdu. Atı atın yanına!.. Bu dözülməz istidə yun corablar geyinmişdi. Ancaq — birdən ürəyi sıxıldı — bu həmişə belə olub. Buz kimi əliylə ilk dəfə qarnına toxunduğu və diksindiyi anı xatırladı. Onda İra gülmüşdü: “Hə, əllərim nədənsə belədir. Elə ayaqlarım da. Ona görə də, kişilərlə də yun corablarda yatıram. Ancaq əlcək geyinməyə cürət etmirəm”.
— BMT-dir! — O, başıyla bayraqları süst şəkilddə sallanan hündür, yastı binanı göstərdi.
Çayın ortasındakı kiçik adada olan sənaye-yük tipli çuqun körpünün üzərindən gurultuyla keçdik. Sement boşaldılan yük gəmisindən qalxan tozu külək uzun boz lent kimi uçururdu. “Açıq cəmiyyət” bu imiş: onlarda hər şey göz qabağındadır! Körpünün arxasındakı “orta zabit heyətinə məxsus kooperativlərə” bənzəyən kiçik evlərin arasıyla getdik. Sonrakı evlər daha hündür idi.
— İndisə heç nəyə təəccüblənmə! — o dedi.
Onlar çoxzolaqlı, gurultulu prospekti keçdilər, daha sonra yalnız bənövşəyi, ciddi, arıq, başı çalmalı hinduların gəzdiyi küçə başladı. Dükanlarda və piştaxta arxasında da onlar oturmuşdu.
— Bəs dedilər sanballı rayondur! — Sidorov dedi.
— İdi! İndi mən hinduyam! — O, çiynini nazla çəkərək dedi.
— İndi də çay içək! — Sidirov ayağa qalxaraq, qalib tərzdə qışqırdı. Döşəyin yerə sərilməsi heç də pis deyil — o vaxt Kavqolovoda olduğu kimi, otuz il əvvəl!
— Mətbəx sol tərəfdədir, — İra dərhal cavab vermədi.
“Hesab edək ki, yorğundur!” — gümrahcasına düşündü. Ancaq mətbəxə girən kimi “yorğunluq” onu da basdı! Çaydan. Həminkiydi, daha doğrusu, eynisi: köhnəsinin surəti, latundan. Oturdu. Tədqiqatçı instinkti hər halda öz işini gördü. Su töküb, elektrik pilətəsinin üstünə qoydu... Hə, başla görək! Quruldamağa başladı... və birdən rusca ölü sözlərlə bir növ astral gurultu ilə dedi:
— Cinsi əlaqə səhv olub! Sayılmır! İndi bura hindu seksoloq gələcək! — Burada çaydan istehza ilə xortuldadı.
Orada bir şeytan oturub!
— Ki-im?! — Sidorov hirsləndi.
— Seksoloq! — çaydan təkrarladı, amma sanki qorxmuş halda.
— Bunu necə başa düşüm? — İra yorğun halda gərnəşərək (yaxud özünü bu cür göstərərək?) mətbəxdə peyda olanda Sidorov qəzəblə soruşdu.
— Hə,-ə, — o, tənbəlcəsinə dedi. — Səndə də bundandı?.. Qısqanclıq etməyək. — İra mırıldayaraq onun düzləri üstünə oturdu... Burdan öp!
— Gəl bunu yığışdıraq?
— Qoy rədd olsun! — İra cəsarətlə cavab verdi.
— Aha! — Sidorov onu sobanın üstündə basıb əzdi. Su dağıldı. Amma çox yandırmadı. Sidorov onu sobadan kənara atdı.
— Axır ki, ağa gəlib çıxdı! — İra ona qısılaraq nazla dedi.
Haradansa hay-küy gəldi. Bu kimdir? İra kiçik ekrana baxdı, “giriş” düyməsini basdı...
— Seksoloqdur? İndi ağzını əzərəm! — Sidorov vəd etdi, amma ... koridorda son dərəcə tanış olan cənubi rus ləhcəsi eşitdi.
— Hər şeyi necə də düzüb-qoşublar! — Sadəcə əsəbiləşdi.
— Artıq canı cana yetirmisiz! — Pyotr “sevgililərə” baxaraq dedi. Tanış iri çillərdən başqa... sanki daha Pyotr deyildi! Biznes əjdahası. — Hə, mənzil necədir ? — o, işgüzarcasına soruşdu.
— Belə də... — Sidorov hətta özünü itirdi. Guya ona burada yaşamaq təklif olunurdu.
— Mən iş üçün, — Pyotr mehribancasına mızıldandı. — Məgər bu dəvətdir?
İra əsnədi.
— Bu sənin əməlindir? — Sidorov küncdəki eybəcər hala düşmüş çaydanı başı ilə göstərdi.
— Belə anlaşılır ki, sənin işindir. — Petya deyindi tanınmaz hala düşmüş dəmir parçasını götürüb, əzik qulpunu tərpətdi. İndi evə necə uçacaqsan?
— Məgər... çaynikdə uçmaq lazımdır? — Sidorov güldü, amma bir az qorxdu. — Bəs mən bura necə? Ümid edirəm ki, sualtı qayıqda gəlməmişəm.
— Məsələ bunda deyil, — Pyotr özünü laqeyd göstərdi. Əsas olan...
— ...insanların beynini pudralamaqdır. — Sidorov anladı. — Amma hər kəs uyğun gəlmir! — başıyla eybəcər hala düşmüş çaydanı göstərdi.
— Nə etmək olardı? — Pyotr sanki ümidsizcəsinə dedi. Köynəyini dartışdırdı. Amma cırmadı. — Mən gələndə adi çaydanları təmir edirdim!
— Ah-ah-ah! — Sidorov dedi. O, Pyotru yaxşı tanıyırdı. İşsiz qalmayacağını bilirdi. — İndi baş katibsən, eləmi ? Lap Brejnev kimi!
— Sırf təsadüfdür! — Pyotr əlini yellədi. — Onları, yeri gəlmişkən, sizdə də səsləndiririk! Nəyimiz var, onu eşidirik... Elə bilirsən, məni satın alıblar?
— Hm-m... Belə bir fərziyyə var, — Sidorov dedi.
— Hə, — Pyotr gözlənilmədən razılaşdı. — Amma mən onlardan qorxmuram! Demək olar ki, gurultulu tərzdə əlavə etdi. — Elə bilirsən, tividə kök atmaq asandır? Onlara gənclik lazımdır!
— Sağ ol! — Sidorov dedi. — Bəs kamera haradadır? — ətrafa boylandı.
— Nə fərqi var ki! — Pyotr onu sakitləşdirdi. — Əsl dostsan! Amma qəfil üstümə gəldin.
— Tundrada sərxoş halda döyüş başlığını necə itirdiyimiz yadındadır? — Sidorov dedi. Onda bizə asan oldu? Qətiyyən! Amma gülürdük!
— Heç bir Sov.İKP-dən də qorxmadıq! — Pyotr ürəkləndi.
— Həmin Sov.İKP-ni biz tabutda gördük! — Sidorov nərildədi. — Elə bu çaydanları da!
— Tfu! — Pyotr ikrahla çaynikə tüpürdü. Dönərək, barmaqları ilə beynəlxalq jest etdi... Kamera bax burdadır. Aydındır.
— Deməli kütlənin şüurunu idarə edirsən? — Sidorov dedi.
— Sən ki əsas şeyi, ilk məhəbbətini tapdın?
Bir dəqiqəlik sükut.
— Əgər tapmasaydın... — Pyotr qışqırdı. — Bu qəhbəyə de, mənə ərə gəlsin... yenidən! — Son söz çox kədərli səsləndi.
— Yaxşı olar ki, sən ona mənimlə evlənməsini söyləyəsən! — Sidorov özü də gözləmədən dedi.
— Təklifləriniz üzərində düşünəcəyəm, uşaqlar! — İra dedi və sivişib vanna otağına girdi.
Əsl artist olan Pyotr dərhal “əsl kişi söhbəti”nə keçdi. Guya qadın mane oldu! Amma nədənsə pıçıltı ilə.
— Səninlə ciddi söhbətim var!
— Axır ki! De gəlsin!
— Bu işdə mənə kömək edəcəksən! — O, dostunun qolundan möhkəm yapışdı. — Yəqin ki, bilirsən, mənfəəti hətta öz dəfnində də əldə etmək mümkündür. Amma biz hələ ki, sağ olduğumuzdan pulu yad adamlar vasitəsilə qazanacağıq!
— Orijinaldır! — Sidorov cavab verdi. — Kişi kimi?
— Əlbəttə! O nə sözdür? Sən kim, mən kim.
— Biz... köhnə dostlarıq, — Sidorov inamsızcasına dedi.
Pyotr əlini qəzəblə elə silkələdi ki, arxası dostuna toxundu.
— Rəqiblərik!
— Hə-ə! — Pyotr bir az da saymazyana dedi. Yəni ki, “iş ortaqları”. — Biz ilk növbədə hidravliklərik!
— Hə-ə! Nədənsə çoxdandır bununla fəxr etmirdim, — Sidorov ah çəkdi.
— Nahaq yerə! Mənim burada nə iş gördüyümü bilirsən?
— Çaydanlarla məşğulsan.
— Artıq yox... Qəbiristanlıqda pulsasiya təzyiqli ucluqla daş plitələri kəsirəm... elə tikintidə də. Barelyeflər, naxışlar, hərflər. Bu sənə çaydan deyil! — nədənsə lovğalandı.
— Pis deyil, — Sidorov razılaşdı. — Amma bunun mənə nə dəxli var?
— Bilirsən ucluğu haradan tapmışam? Bizim sualtı qayığın yanğınsöndürmə sistemindən! Bilirsən onun nə yüksək təzyiqi var? Bizdə hər şey yüzqat ehtiyatla edilib. Çətindir, ancaq möhkəmdir.
— Ölümdən sonrakı şöhrətimizə hesablayanda. Bizim. Yəni yaradıcıların.
— Hesab elə ki, həmin şöhrət gəlib çıxıb! Amma bilirsən... məndə o “ucluqlardan” nə qədər qalıb? Bilsəydin, ağlayardın...
Pyotr qəfil iki barmağını qaldırdı. İki? Yoxsa iki min?
Pyotr davam etdi:
— Bizimkilər hər halda vətənpərvərdir! Qayıqları istismardan çıxarır, doğrayırlar, ancaq bundan əvvəl hər kəs bacardığını açır. “Admiral Volk”u tanıyırsan?
— Bir vedrə “şila” içmişik... spirt, yəni.
— Amma mən tanımıram! — Pyort incik halda dedi. — Mən ona dedim “Ümid edirəm ki, siz dəniz canavarısınız”. Yoxsa Moskvada hər şey çöküb. Bilirsən nə dedi? «Kommersiya!» Canavar səndən o qədər qoparmaz. Hörmət edər. Onun üçün sən özününküsən... Baxmayaraq ki, dəfn mərasimi, məncə, ideoloji qarşıdurma yeri deyil... Yoxsa sən Çinin tərəfindəsən?
— Düşünmürəm. — Sidorov yenə özünü itirdi.
— Sənin yanında yaşayacağıq, bura bahalıqdır. — İra hamamdan çıxıb, onun qucağında oturdu.
Möhtəşəm dostluq! Demək olar ki, Kavqolovodakı kimi!
Sidorov oyandı və mətbəxə keçdi. İra duşda şappaşup salmışdı. Dünən Severomorskdan gec qayıtmış və dərhal yatmışdılar. Çaydan adəti üzrə artıq mızıldanırdı. Bura birtəhər öyrəşmiş, qətiyyətini itirmiş, ümumiyyətlə, hər vəchlə etimad qazanmışdı. Görünür, xaricdəki qardaşının faciəli taleyini xatırlayırdı. Sakitcə nəsə mızıldanır, öz-özüylə fəlsəfi mübahisə aparırdı. Bəzən Ukrayna mahnıları oxuyurdu. Niyə Ukrayna? Allah bilir! Sidorov onu lüləyindən doldurdu və qazın üstünə qoydu. Oho! Qaynadı! Quruldadı və əvvəlki təkəbbürlü tonu ilə birdən dedi: “İrina Yevgeniyevna! Bəsdir çimdin! Dərin sürtüləcək! Oynaşınla birlikdə Qalernıya cumun, orada xoşbəxtliyə mənim sayəmdə necə çatdığınız haqda açıq danışın!
Sidorov çaydana əlini yellədi, amma sonra fikrini dəyişdi və onu uzun müddət səslərlə ünsiyyətdə olan, bu məsələdə böyük təcrübə qazanan qonşusuna verdi.




