Bir daha ağı
Yəni bu səndin? Otuz yeddi nömrəli tramvaydan
düşərkən dayanacaqda belə düşündüm.
İndicə ordaydım, dənəvər yağışdan
səki hələ də tüstüləyirdi. Dəqiq günü
deyəmmərəm, fəslə gəlincə, may idi, may.
Yəni bu səndin? Yuxarıdan aşağı sürüşdü baxışınoturanlara,
tutdun baxışlarımı və 37 nömrəli tramvay
tərpənib dayandı və getdi sənin göy plaşın,
çılpaq qoydu körpə boynunu və mən düşdüm,
birdən ayıldım elə bil ki o yoldaca.
Yəni bu səndin — yenə də düşündüm,
validolu tapmağa çalışdım qaranlıqda.
Nə havanı, nə günü, nə ili bilirdim,
elə sakit yatmışdın və elə uzaqdın ki, qorxub toxunmaqdan —
yeniyetmə kimi, arxasınca çığırdım, səfehin biri,
eyni tramvayda getmək və qarşılaşmamaq.
Tramvay daim hansısa tərəfə dönürdü Lefortovoda,
sən həmişə sağa getməli olurdun, amma
kimi çağıracaq telefon zəngi uzun illərdən sonra,
ya da nədi onun adı — mobil? — vacib deyil, yollarda dayanma
ay maymaq, gələcəkdən xəbərin yoxsa... — yuxudan ayıldım,
belə düşündüm qaranlıqda və sən yanımdaydın, yanımdaydın,
ey 37-dən naməlum qadın — arvadımsanmı? — arvadım,
başqa da nəsə vardı, sözlə demək olmur adını,
иaxışla tutmaq olmur, amma bu vardı, mövcud idi,
qaçılmazlıq işarəsi, ikimizə qeybdən gələn xəbər,
nəfəsi pəncərədə duyulurdu, rəqəmləri nişan verirdi,
dörd ədəd beşqəpiklik və ya iki obola* bərabər.
Roma-qeyri Roma elegiyalarının vaxtı keçib,
qısası, səhərdən gecəyə dəyişib gözlənti müddəti və üzünü,
damarı tez-tez atan ağarmış gicgahını görəndə,
əzizim, inanırsan mənə, nə varsa — yorğunluq, üzüntü,
hər şey keçib gedir — nevroz, ağrı,
yaşlılıqla gələn naxoşluqlar, sistola —
hər şey keçib gedir — əllərimin altında dağılır
saçlarının qoxusundan başqa hər şey, ah o saçlar.
O saçlar məndə onları gizlicə kəsmək arzusu yaradır,
qara gün üçün saxlamağa qiymətli kitabın arasında,
qoxu, o yalnız içinə çəkdiyini saxlayır və bu kitabı
hara qoysan da, qıc olana qədər qoxlayacaqsan onu.
Dua kimi çeynəyəcəksən, şeir kimi dəfələrlə
oxuyub əzbərləsən də, yenə sirr qalacaq
özlyündə və o son, o qara gün, əlbəttə,
heç zaman, heç zaman gəlib çıxmayacaq,
çünki son yoxdu, çünki, ümumiyyətlə, yoxdu sözüm,
bu depressiyanın bir növüdür, beynin qızmasıdır:
gec qarşılaşmışıq? Amma qarşılaşmışıq axı, sevgi özü,
yoldur, Stalinin yazdığı kimi, qalib gəlir və sair və ilaxır.
Bircə ümid var ki, bizim rəhbərlər inadkar deyillər,
imkan verəcəklər öz yatağımızda, öz əcəlimizlə ölməyə.
Bu da bir güzəştdi ki, qurban getmirsən ölümcül gülləyə,
İlahi, yəni Sən burdasanmı, yəni doğrudanmı bilirlər?!
Şans verirsən ki, bir bax, bax, sənin bağçaların da yorulub,
gözəgörünməz ip əyirirəm — bu dəlilik deyilsə bəs nədir? —
amma sevgilim yanımdadır, erkəndən oyatma onu, durub
nə edəcək, səhərlər o elə şirin yatır ki... tramvay da çıxıb gedir.
* Qədim Yunanıstanda xırda gümüş pul.