Dostum, dönüş nöqtəsində...

* * *

 Dostum, dönüş nöqtəsində,
İllərin son zirvəsində
Qorxu yoxdur, ehtiras yox,
Geri dönmək həvəsin də.

 Yağışdırsa — nohur adla,
Qar yağır — son deyil bu da.
Bəlkə elə həyat budur:
Dağlardan en, çırman suda.

 Dünya kövrək, yaş yetişkin,
Təməli, əməli bəlli.
Həyat efirin sonudur,
Yuxu ölümün əvvəli.

 Bu sevgini, incəliyi
Qorxmuram, qəbullanacam.
Bəzi şeylər qaçılmazdır,
Mübahisə yox sonacan.

 Bütün döngələr tanışdır,
Əzbər bilirəm həyatı.
Sən təbiətə uymusan,
Unutmusan əhdi, andı.

 Artırmaram, bitirərəm
— şübhə qalıbsa qəbində.
Mən özüm belə acizəm
Qaçılmaz eşqin önündə.