Gündüz ağrılar cənubdan gəlir...
* * *
Gündüz ağrılar cənubdan gəlir
tozlu çəyirtkə basqınıyla.
Nə varsa, qorxudan tir-tir əsir,
gözlərə yalvarırlar: mumla...
Kiçilir gözlə qaş arasında,
siçantək aradan əkilir.
Sonra yenə də amansızlıqla
Toxtamış kimi hücum çəkir.
Hər şey məhv olur ağır döyüşdə,
ölür qandaşıyan alaylar,
nə varsa ölür hər şey Günəşdən,
gicgahları düz nişan alır.
Təkcənə təkan-təkan o boy atan,
təkcə o bambuk ağacı kimi
ürək də dimdikdi, heç ağlamır —
təzə səs sorağında — Onun əlində.
Gündüz ağrılar cənubdan gəlir
tozlu çəyirtkə basqınıyla.
Nə varsa, qorxudan tir-tir əsir,
gözlərə yalvarırlar: mumla...
Kiçilir gözlə qaş arasında,
siçantək aradan əkilir.
Sonra yenə də amansızlıqla
Toxtamış kimi hücum çəkir.
Hər şey məhv olur ağır döyüşdə,
ölür qandaşıyan alaylar,
nə varsa ölür hər şey Günəşdən,
gicgahları düz nişan alır.
Təkcənə təkan-təkan o boy atan,
təkcə o bambuk ağacı kimi
ürək də dimdikdi, heç ağlamır —
təzə səs sorağında — Onun əlində.





