Batiskaf
Nə vaxtsa Pissarronun anlatdığı mənzərə —
Bozumtul, əyri-üyrü buludların altında,
Yasəməni ilıqlıq görünür pənəcərədən —
Əllərinə götürsən, ordan şeirə adlarsan.
Əlimə götürmüşəm — xəyalımda yenə sən.
Rəssamın əsərində hər yeri duman alıb.
Külək də tütək çalır aramsız, kəsilmədən,
Yoldan ötən yolçuya nazik şərf bağlatdırıb,
Palto da geyindirib, küncdə də gözlətdirib,
Rəssam Kamil də yenə, yenə “yağış yağdırıb”,
Gör neçənci dəfədi, yox e, lap göllətdirib,
Ətrafında göyərib pırtlaq, bağayarpağı,
Bulud buluda keçib, bulud buluda keçir,
Xəyallar da ardınca xəyalları gətirir.
Mən elə təkcəyəm ki, heç nə qorxuda bilmir.
Qoy lap dünya dağılsın, heç nə vecimə deyil!
Dəyişir görkəmini mənzil, kabuslar itir,
Kölgələr çəkilirlər şkafın üzərindən.
Pərdənin o üzündə yağış tüğyan eləyir...
Batiskafdakı kimi mən də bu şeirdəyəm.