Altay şamanı sevgilisinə yas tutur

Beləcə getdi
     rusla şəhərə, dağın o tayına,
Bir vaxtlar sevdiyim,
Həyatımın sevinci... adı Bektay idi.

Ona xeyli yas tutdum.
Qəm-kədəri qucaqladım, qavalımı götürdüm,
Tanrı Ülgəni səslədim,
Səma tanrısını, xeyirxah əfəndini.
— Bektayı qaytar mənə, — səma tanrısına söylədim.
— Bacarmaram, — dedi Ülgən.
Təzə qaval aldım,
     və başqa əfəndini çağırdım,
Bədxah tanrı Erlikı.
— Bektayı qaytar mənə, — söylədim Ülgənə dediyim kimi.

— Qaytararam, — dedi Erlik,
— İstədiyin kimi
     olacaq, — dedi.
— Ərini öldürəcəm, o sənə qayıdacaq,
Gündüzləri səninlə olacaq,
     gecələri səni razı salacaq,
Amma ruhu uzaqlarda dolanacaq,
Lap uzaqlarda! Və sən
Heç nə edə bilməyəcəksən.