Söylədim, peşiman oldum o saat...

* * *

 Söylədim, peşiman oldum o saat,
Qaytara bilməzsən keçmiş nağılı.
Mən sevgi umurdum, amma ki, heyhat
Şəfqət əvəzinə məzəmmət aldım.

 Sonra pəncərədən baxdım həyətə.
Sonra qab yumağa qarışdı başım.
Sonra da düşündüm: yox de həyata,
Sonra da düşündüm: boş ver də, yaxşı...

 Sonra da sobada qazı buraxdım,
güzgüyə zilləndim (qaydasız döyüş!),
sonra da son dəfə özümə baxdım,
amma dəf elədim özüm özümü.