Gediş haqqı

Divarlarının o üzündə tramvay xətti keçən həbsxanada
tövlədəki heyvan kimi qüssəylə dinləyirdim şəhərin səsini,
bir-bir fikirləşirdim, nəyə dəyişərdim
səsli-küylü vaqonda getmək səadətini,
bahalı abtomobil, dəniz kənarında ev,
ağlasığmaz pullar,
çini qablar, rəsmlər, nadir sikkələr —
düşünmədən verərdim —
əlimdə olsa bütün bunlar.
İllər sonra sevincimdən dəli kimi
gəzirdim uzun zaman həsrətində olduğum tramvayın içində,
bayram idi könlümdə.
Oxudum o qiymətsiz elanı: “gediş haqqı üç qəpikdi”.
Fərqi hesablamaq üçün əziyyət vermədim özümə.