Höte
Hərarətlə qışqırdım: “Ah, necə də istərdim,
istərdim uzun illər
gənc, canısulu olum.
İstərdim ki, vücudum buz olub əriməsin,
civə kimi qaynasın.
Ruhum vücuda hakim, elə çox yaşayım ki,
yaşım yetmişi ötsün.
Bölüşüm Höte kimi təcrübəmi gənclərlə,
qızğın sevgililərlə.
Güldün, dedin: “Vay, dostum,
bəs axı sən şairsən. Daha nə istəyirsən?
Səni şeir yandırır...
Şeir yazmayan insan daha yaxşı yaşayır.
Dən görməyən gözlərlə dəyirman daşı kimi
üyüdür bu həyatı.
Bu Höte nə deməkdi?
Əgər o da yazsaydı,
bu uzun, əfsanəvi ömrə sahib olmazdı.
Bir sətir də yazmadı, budur onun xilası —
Elə deyilmi yoxsa?” —
deyib baxdın üzümə.
Mənsə qorxudan dondum.
Baxdım dəhşət içində
təəccübüm bu otağa hətta dəydi, toxundu.
Hər tərəf mum qoxudu. Şamlar həyəcanlandı,
kafir barmağı kimi alovlandı qəfildən.
Qədəh içində şərab — yelləndi, yırğalandı —
boşluqda uçub endi,
uçuş vaxtı gözünü sən məndən ayırmadın.
Gülüşün isə gecə pəncərələrə qonan
ağ ləkəyə bənzədi.
Daha heç danışmadıq.
istərdim uzun illər
gənc, canısulu olum.
İstərdim ki, vücudum buz olub əriməsin,
civə kimi qaynasın.
Ruhum vücuda hakim, elə çox yaşayım ki,
yaşım yetmişi ötsün.
Bölüşüm Höte kimi təcrübəmi gənclərlə,
qızğın sevgililərlə.
Güldün, dedin: “Vay, dostum,
bəs axı sən şairsən. Daha nə istəyirsən?
Səni şeir yandırır...
Şeir yazmayan insan daha yaxşı yaşayır.
Dən görməyən gözlərlə dəyirman daşı kimi
üyüdür bu həyatı.
Bu Höte nə deməkdi?
Əgər o da yazsaydı,
bu uzun, əfsanəvi ömrə sahib olmazdı.
Bir sətir də yazmadı, budur onun xilası —
Elə deyilmi yoxsa?” —
deyib baxdın üzümə.
Mənsə qorxudan dondum.
Baxdım dəhşət içində
təəccübüm bu otağa hətta dəydi, toxundu.
Hər tərəf mum qoxudu. Şamlar həyəcanlandı,
kafir barmağı kimi alovlandı qəfildən.
Qədəh içində şərab — yelləndi, yırğalandı —
boşluqda uçub endi,
uçuş vaxtı gözünü sən məndən ayırmadın.
Gülüşün isə gecə pəncərələrə qonan
ağ ləkəyə bənzədi.
Daha heç danışmadıq.





