Qoy dursun öz yerində əşyalar necə varsa...

* * *

Qoy dursun öz yerində əşyalar necə varsa,
Yerini dəyişəsən onların neyçün axı.
Gələcəyin düşməni, səydərək, vasvasıyam,
Qoy qalsın aramızda, yekəsiyəm qorxağın.

Bircə heç nəyə dəymə, hər şey yerində qalsın.
Nə də ki güldan üçün dırmanma yuxarıya,
Qoy elə gözdən iraq öz yerində dayansın.
Beləcə rahat olar sənə, mənə, hamıya.

Yaxşı ki, gözlərim də seçmir o bər-bəzəyi,
Nə də ki naxışları, artıq vərdiş edirəm.
Eybi yox, köhnəpərəst adlandır bu köpəyi,
Bu sözdə inciməli nə var ki... incimirəm.

Nə danış cəsarətdən, nə söz elə şərəfdən!
Ölüm çuxuru üstə yaşanan bu həyatda
Qoy heç nə dəyişməsin, heç nə heç bir tərəfdə —
Qoy titrəsin kölgələr, bərq vursun parıltılar.

Bircə icazə ver ki, fevral qələbə çalsın,
Oktyabr gizlənsin seçib pərdə dalını...
Sevirəm hədd bilməyən inqilabçı qadını,
Xəyalpərəst qadının sevirəm hər halını.