Zəngin gənc haqqında şeir

Zəngin bir gənc kimi heç istəmərəm
Efesdən aldığım gözəl xəncərdən,
Qırmızı baftalı məxmər qaftandan,
Lələkli papaqdan bir gün ayrılam...

 Dodaqlarımdakı məğrur qırışdan,
At belində dimdik, rahat duruşdan,
Ərənlərə məxsus cəld yerişimdən,
Çənəmin qayıq tək tərpənişindən...

 Sağlam əzələmdən, diri qəlbimdən,
Arfatək səsimdən, iti fəhmimdən,
Qafiyə mücrüsü — Tanrı payımdan,
Ruhumdan, eşqimdən və xəyalımdan!..

 Qorxuram qurdları artan torpaqdan,
Qorxuram əyilib incələn Aydan,
Milçəklərə açıq qonaqlıqlardan,
Ruhu miskinlərin hökmdarından!

 Kəmərli xəncəri, güllü qaftanı,
Verərəm üzüyü, güllü bağçanı,
Ovçu sümsüsünü, verərəm yolu,
Yad, cavan Tanrıya elə biryolluq.

 Səsimi, gözümü, gənc baxışımı,
Burulub üzümə düşən saçımı,
Zəhərli bal dadan ürəyimi də,
Bu yeri, bu göyü gizlin keçiddə.